Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahzadə Çarlz oğlundan Balmorala Meqansız gəlməsini istəyib

Harriyə qardaşı Uilyamın həyat yoldaşı Keyt Middltonun da getməyəcəyi deyilib...

II Elizabetin son anlarında şahzadə Çarlz şahzadə Harridən Balmoral qalasına həyat yoldaşı Meqan Markl olmadan gəlməsini xahiş edib.

Bu barədə “The Sun” öz mənbələrinə istinadla xəbər verib.

Mənbədən bildirilib ki, Meqanın səfəri sarayda “yanlış və yersiz” hesab edilib.

“Harriyə qardaşı Uilyamın həyat yoldaşı Keyt Middltonun da getməyəcəyi deyilib. Kraliçanın yanında yalnız ən yaxın qohumlar olmalıdır. Çarlz çox açıq və aydın şəkildə bildirdi ki, Meqan arzuolunan qonaq olmayacaq”, deyə mənbə əlavə edib.

Qəzet həmçinin qeyd edir ki, şahzadə Uilyam və əmiləri Şahzadə Edvardla Şahzadə Endryunu Şotlandiyaya aparan Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarəyə şahzadə Harrinin minməsinə icazə verilməyib. Ona görə də statusundan imtina edən şahzadə saat yarım gecikib və nənəsi ilə vidalaşmağa imkan tapmayıb.

Kraliçanın səhhətinin pisləşdiyi məlum olanda Harri və Meqan Londonda idilər. Həmin axşam onlar xeyriyyə tədbirində iştirak etməyi planlaşdırırdılar.

Xatırladaq ki, sentyabrın 8-də Böyük Britaniya kraliçası II Elizabet vəfat edib. Böyük Britaniyanın yeni kralı Şahzadə Çarlz oldu.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Azərbaycanda şəxsiyyət vəsiqələrini fiziki təqdim etməyə ehtiyac qalmayacaq

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

Ən çox oxunanalar