Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahil Babayev işçisinə Bəxtiyar Hacıyevi təhqir etdirdi - Gənc fəalın cavabı gecikmədi

Tanınmış ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yarıtmaz fəaliyyəti ilə bağlı tənqidləri adıçəkilən qurum tərəfindən təhqirlə qarşılanıb.

Belə ki, vətəndaşlara qarşı qanunsuzluqları barədə faktları ictimailəşdirən Bəxtiyar Hacıyevə nazirliyin Sosial Siyasət Şöbəsinin rəhbəri Babək Hüseynov təhqiramiz cavab verib:

“Tərbiyə ? – o nədir ? Ədalət ? Eşitməmişəm ! Ləyaqət ? Aşılanmayıb. Sənin haqqın deyilən sözlərin, elədiyin hətəkətlərin gündəmdən salınması üçün axırıncı yola düşmüsən. İndən belə 100 il “yaşadıb” “yaratsan” belə bu nazirlikdə işləyən yüzlərlə mütəxəssis səviyyəsinə qalxa bilməzsən. Zəncirini kim tərpədib bilmirəm, hünərin, təriflədiyin kimi savadın varsa, hər hansısa bir ödənişin mənimsənilməsi üçün ödənilmədiyini gəl sübut elə!!”

Gununsesi.info-nun xəbərinə görə, Hacıyevin bu təhqirə cavabı gecikməyib.

Özünün sosial şəbəkə hesabında Bəxtiyar Hacıyev nazir Sahil Babayevi ittiham edib:

Sahil Babayev, sən nazirlikdə özünə təyin etdiyin şöbə müdirlərini zəncirdə saxlayırsan, yoxsa, səni zəncirdə gedəndə görüblər?

İctimai fəal on minlərlə vətəndaşın qarşılaşdığı problem haqqında yazanda sənin obyektinin şöbə müdiri vətəndaşla belə tərbiyəsiz danışır?

Sahil Babayev, bu şöbə müdirini mənimlə canlı efirə burax. 190 manatlıq birdəfəlik ödəmələri verməmək üçün nazirliyinizin çıxardığı hoqqalarla bağlı faktları bu “mütəxəssis” şəxsin gözünə soxum, sübut edim”.

Bəxtiyar Hacıyev daha sonra əlavə edir:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, canlı yayımla bağlı cavab gözləyəcəm, nazir şöbə müdirinin haqlı olduğuna güvənirsə, ləyaqəti varsa, təşkil edin, çıxım, sübut edim hoqqalarınızı.

Dünən minlərlə vətəndaşın qarşılaşdığı bir faktı yazmışam, nazirlik əməkdaşları özlərini sonuncu yola qoyublar. Biri deyir içində link olan SMS göndərmişik, işsizdə açılır, işləyəndə açılmır o link.
Bir nazirliyin əməkdaşları qarşısındakıları bu qədər axmaq sayırlar, yoxsa, özləri elə bu səviyyədədir?” 

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı olub - Yenilənib

Ən çox oxunanalar