Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabirabadda bir yaşlı uşaq qızılcadan vəfat edib? - TƏBİB-dən açıqlama - Yenilənib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Sabirabadda qızılca xəstəliyindən öldüyü deyilən uşaqla bağlı açıqlama verilib.

Qurumdan bildirilib ki, 2022-ci il təvəllüdlü azyaşlı 30.11.2023-cü il tarixində saat 12:47-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib:

“Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub.

Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı 01.12.2023-cü il tarixində saat 00:15-də vəfat edib”.

Qeyd edilib ki, azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub:

“Valideyn tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb”.

***

APA xəbər verir ki, körpənin xəstəxanada ölməsi ilə bağlı məlumat daxil olub.

İlkin məlumata görə, onun qızılcadan öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info 


Etiket: Qızılca


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Ən çox oxunanalar