Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq deputat Aslan Cəfərovla biznesmen atası niyə hədəfə tuş gəldi? – Təfsilat

Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi sabiq deputat, biznesmen Aslan Cəfərova məxsus uşaq qidaları idxal edən “Diplomat-I” firmasını məhkəməyə verib. TİA.Az xəbər verir ki, firmanın 44 min manat vergidən yayındığı üzə çıxıb. Hazırda işə Bakı Kommersiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə baxılır.

Aslan Cəfərov müxtəlif illərdə İqtisadi İnkişaf Nazirliyində və İstehsal Bazarına Nəzarət Dövlət Xidmətində işləyib.

2008-2010-cu illərdə “Diplomat-I” firmasının kommersiya direktoru olan Cəfərov 77 saylı Astara seçki dairəsindən Milli Məclisin IV çağırış deputatı seçilib. Hazırda firmanın qanuni təmsilçisi sabiq deputatın atası Məmmədhüseyn Cəfərovdur. Firmanın ən məşhur brendi “Hipp” qidalarıdır.
“Diplomat-I” firması Avstriya və Almaniyadan Azərbaycana uşaq qidalarını gətirməklə məşğuldur. Bu qidaların arasında ən məşhuru “Hipp” qidalarıdır. “Diplomat-I” firması “HiPP Avstriya ” şirkətinin Azərbaycandakı rəsmi nümayəndisidir.

Onu da bildirək ki, sabiq deputation atası Cəfərov Məmmədhüseyn Abutalıb oğlu 1942-ci ildə anadan olub. Bir neçə il əvvəl Məmmədhüseyn Cəfərovun adı Nizami küçəsində (“Torqovıy”) yerləşən mənzilinə oğruların girməsilə gündəmə gəlib.

Məmmədhüseyn Cəfərov “Diplomat-I” Firmasından başqa 2013-cü ildə dövlət qeydiyyatına alınan “Bakı Logistika Mərkəzi” MMC-nin də rəhbəridir. 2017-ci ildə “Paşa Bank” ASC kredit borclarını ödəmədiyi üçün “Bakı Logistika Mərkəzi” MMC, “Diplomat-I” firması, Cəfərov Məmmədhüseyn Abutalıb oğlu və Cəfərova Vüsalə Vahidovnaya qarşı məhkkəmə iddiası qaldırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

Valideynlərə şad xəbər: Məktəbli formaları ucuzlaşdı

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Ən çox oxunanalar