Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabahdan "Bulvar"da Yeni illə bağlı əyləncəli-musiqili proqramlar başlayır

Dənizkənarı Bulvar İdarəsi tərəfindən təşkil olunacaq yeni il şənliyi 8 yanvar 2023-cü il tarixinə kimi davam edəcək.

Dənizkənarı Bulvar İdarəsi tərəfindən Dənizkənarı Milli Parkda yeni il şənlikləri ilə bağlı hazırlıq işləri yekunlaşdırılır. 

PİA.az xəbər verir ki, Bulvar ərazisindəki ağaclar və işıq dirəkləri çılçıraqlarla yeni il ab-havasında bəzədilir, yeni ilin rəmzlərindən ibarət rəngarəng kompazisiyalar (bəzəklər, müxtəlif oyuncaqlar) qurulur. 

Bundan əlavə, dekabrın 24-dən uşaqların istirahətini yüksək səviyyədə təmin etmək məqsədilə Milli Parkın “Köhnə bulvar” ərazisində əyləncəli-musiqili proqramlar təşkil olunacaq. 

Bu məqsədlə, Dövlət Kukla Teatrının arxasındakı ərazi tam yeni il ab-havasında bəzədilir, burada yeni illə bağlı kompazisiyalar hazırlanır (çılçıraqlı xizəkli maral, retro maşın, oyuncaqlar, hava ilə doldurulmuş oyuncaqlar və s. ). 

Bundan əlavə, nağıl qəhrəmanları Şaxta baba və Qar qız, Santa Klaus, nağıl və cizgi film qəhrəmanlarının obrazlarında animatorlar (Harri Potter, Malefisenta, “Ələddindən” Cəfər, Qrinç, Çəkməli pişik, Cek Sərçə, Panda, Sonik, “Alisa möcüzələr ölkəsindən” Dəli Dovşan, “Su pərisindən” Ursula) və eyni zamanda transformerlər (robotlar) uşaqları şənləndirərək böyük sevincinə səbəb olacaq. 

Bununla yanaşı, uşaqların asudə vaxtının səmərəli keçirilməsi üçün diskoteka, tamaşalar, konsert, atəşfəşanlıq, illüminasiya (işıq) və alov şousu da təşkil olunacaqdır. Milli Parkı ziyarət edən uşaqların əyləncəsinə rəngarənglik qatmaq məqsədilə üzlərinin boyanması (face art) da nəzərdə tutulub. 

Dənizkənarı Bulvar İdarəsi tərəfindən təşkil olunacaq yeni il şənliyi 8 yanvar 2023-cü il tarixinə kimi davam edəcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay