Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saakaşvilinin xəstəxanadan həbsxanaya qaytarılması tələb edilib

Keçmiş Baş nazir Giorgi Qaxariyanın rəhbərlik etdiyi “Gürcüstan Naminə” müxalifət partiyası eks-prezident Mixail Saakaşvilinin “Vivamed” özəl klinikasından həbsxanaya qaytarılmasını tələb edir...

Poliqon xəbər verir ki, bu tələbi partiya liderlərindən biri, parlament üzvü Mixail Dauşvilinin keçirdiyi brifinqdə irəli sürüb. Deputat hesab edir ki, Saakaşvilinin səhhəti kifayət qədər normaldır və o, qalan cəzanı rahat klinikada deyil, həbsxanada çəkməlidir.

“Bundan başqa, hakimiyyət Gürcüstan vətəndaşı olmayan Saakaşviliyə məhkəmə proseslərindən birbaşa yayımla ölkədə siyasi fəaliyyətlə məşğul olmağa icazə verib və bununla da Konstitusiyanı pozur. Klinikanın palatasından Saakaşvili faktiki olaraq canlı olaraq partiya iclası keçirir, tapşırıqlar verir, Ukrayna dilində bəyanatlar verir”, deyə deputat bildirib.

Gürcüstan müxalifətinin digər nümayəndələri “Gürcüstan naminə” partiyasının Saakaşvilini həbsxanaya qaytarmaq tələbini kəskin tənqid edib və bu halda ölkədə siyasi vəziyyətin həddindən artıq gərginləşəcəyini istisna etməyiblər.

Gürcüstan Ədliyyə Nazirliyinin rəhbəri Rati Breqadze dəfələrlə açıq şəkildə bəyan edib ki, Saakaşvili yalnız həkimlərin müvafiq rəyindən sonra həbsxanaya qayıdacaq.

“Vivamed” klinikasının baş həkimi cümə axşamı jurnalistlərə deyib ki, Saakaşvilinin səhhətinin vəziyyəti onun daha da xəstəxanada müalicəsini tələb edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay