Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Ukraynaya qarşı aqressiyası Putinin Qərbə önəm vermədiyini göstərir

“Rusiyanın Ukrayanaya yönəlik təcavüzkar hərəkətləri Vladimir Putinin bölünmüş Qərbdən və ya prezident Donald Tramp rəhbərliyindəki ABŞ-dan nə dərəcədə çəkinmədiyini göstərir”

Musavat.com xəbər verir ki, bu fikir “The Washington Post” qəzetinin redaksiya məqaləsində yer alıb.

Doğrudur, insidentdən sonra bir çox Qərb ölkələrinin hökumətləri birmənalı olaraq Ukraynanın tərəfini tutub və olduqca sərt bəyanatlar verilib.

“Lakin Putin üçün yalnız Trampın nə deyəcəyi önəmli idi. Bizim prezident isə bazar günündən bu yana ancaq avropalı müttəfiqlərimizi, onun Rusiya ilə əlaqələrini araşdıran xüsusi prokuror Robert Mülleri, “60 dəqiqə” teleproqramını (CBS-də nümayiş olunur) və CNN telekanalını tənqid etməklə məşğul olub. Lakin bir dəfə olsun, Putinin hərəkətlərini qınayan sözlər sərf etməyib. Bazar ertəsi Kerç boğazındakı insident barəsində soruşulduqda Tramp “orda nə olmasından asılı olmayaraq, baş verənlər bizim xoşumuza gəlmir” deməklə kifayətlənib. Yəni Tramp üçün Rusiya ilə bərabər Ukrayna da eyni dərəcədə günahkar sayılır”, - deyə qəzetin məqaləsində yazılıb.

Məqalədə ABŞ tərəfindən ən sərt bəyanatın bu yaxınlarda vəzifəsindən gedəcəyi açıqlanan BMT-dəki səfir Nikki Heyli tərəfindən səsləndirildiyi qeyd olunub.

“Bu cür reaksiya heç də adekvat deyil. ABŞ qəti surətdə Rusiya tərəfindən təcavüzkar fəaliyyətin durdurulmasına yönəlik addımlar atmalı və Ukraynaya öz gəmilərini Kerç boğazından keçirmək hüququnu bərpa etməsinə yardım göstərməlidir. Rusiya limanları beynəlxalq sanksiyalara məruz qoyulmalı, Ukraynaya isə özünü daha yaxşı müdafiə etməsi üçün gəmi əleyhinə raketlər verilməlidir”, - deyə yazıda Ağ Evə çağırış edilib.

Məqalədə son aqressiv hərəkətlərinə görə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək G20 zirvəsində D.Trampın Vladimir Putinlə görüşməməsi gərəkdiyi vurğulanıb: “Tramp Putinlə görüşməkdən imtina etməklə ona açıq mesaj göndərməlidir”.

Yazıda görüşün baş tutması halında ABŞ prezidentinin Rusiyaya bu cür hərəkətlərinə görə ağır bədəl ödəyəcəyi barədə xəbərdarlıq etməsinin vacibliyi qeyd olunub. “Əks təqdirdə bütün bunlar Putinin Ukraynaya qarşı bir sonrakı aqressiyasında cəsarətini artıracaq”, yazının sonunda bildirilir.

pia.az


Etiket: Putin Ukrayna

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay