Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyanın Gümrüdəki hərbi bazası bütün şəxsi heyyəti ilə Vətən müharibəsində iştirak edib” - Qabil Hüseynli

Rusiya kimi bir dövlətin cəbbəxanalarından ermənilərin içində ballistik raketlərin də olduğu silahları oğurlamaları nə qədər inandırıcıdır?..

Politoloq: ““İsgəndər M” raketlərindən Azərbaycan ərazisinə atəş açılmasından Rusiyanın siyasi rəhbərliyi məlumatlı olub. Bu bilavasitə onların göstərişi ilə həyata keçirilib”.

Azərbaycan ərazisinə 10 “İsgəndər M” raketləri atılıb. Onlardan 8-i partlamayıb, 2-i isə partlayıb. Çox şükürlər olsun ki, partlayan raketlər hədəfdən xeyli uzağa düşüb”.

Bu sözləri politoloq Qabil Hüseynli prezident İlham Əliyevin dünən Rusiyadan silahların oğurlanıb Ermənistana aparılması ilə bağlı açıqladığı faktları PİA.az-a şərh edərkən qeyd edib.

AzTV -yə verdiyi müsahibədə prezident İlham Əliyev əsl sensasiya sayılan açıqlamalarla çıxış edib. Onlardan biri də müharibə dövründə erməni silah alverçilərinin Rusiyadan Ermənistana qaçaq silah daşımasının detallardır.

Qeyd edək ki, Prezident bu məlumatları ilk dəfə açıqlayır. Prezident bildirib ki: “ ...müharibə dövründə qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir. Rusiya tərəfi ən yüksək səviyyədə və bütün səviyyələrdə, aidiyyəti qurumlar səviyyəsində bu məsələ ilə bağlı Azərbaycan tərəfindən məlumatlandırılmışdır. Hətta biz beynəlxalq aviasiya təşkilatı olan ICAO-ya rəsmi məktublar göndərmişik. O məktublarda deyilmişdir ki, biz dəqiq bilirik, - reyslərin nömrələrini də vermişdik, yazmışdıq, - bu təyyarələrlə, sərnişin təyyarələri ilə Rusiyadan Ermənistana silahlar gətirilir. Silahların növlərini də göstərmişdik. Baxmayaraq ki, müharibə dövründə dəfələrlə belə məktublar göndərilmişdir, ancaq ICAO-dan heç bir cavab gəlməmişdir. Amma biz dəqiq bilirik ki, bir erməni silah alverçisi David Qalustyan Rusiyada oturub Rusiya hərbi zavodlarından qanunsuz yollarla silahları alıb sərnişin təyyarələri ilə göndərib. O silahların pulunu Rusiyada fəaliyyət göstərən erməni oliqarxları ödəyib – Obramyan, Karapetyan. Bu, cinayətdir. Onlar buna görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu silahlar müxtəlif qaçaqmalçılıq yolları ilə Ermənistana göndərilmişdir. Biz onu da Rusiya tərəfinə bildirmişdik ki, David Qalustyan Ermənistanın keçmiş müdafiə naziri Tonoyanın biznes şərikidir. Onlar bunu, eyni zamanda, qanunsuz qazanc kimi edirdilər. Təsadüfi deyil ki, acı məğlubiyyətdən sonra Ermənistanın müdafiə naziri, hansı ki, Azərbaycanı yeni müharibə ilə hədələyirdi, vəzifədən çıxarıldı. Onun bir biznes şəriki David Qalustyan həbs olundu. Ermənistanda indi istintaq aparılır. Əgər istintaq ədalətli aparılarsa, dediyim bütün faktlar üzə çıxacaq. Bizdə faktlar var. Lazım olarsa, biz bu faktları açıqlamağa hazırıq. Mənim dediyim sözlər deyil, faktlardır. Qaçaqmalçılıq olub. Sərnişin təyyarələri ilə silah daşınıb. Bu, ümumiyyətlə, qanunazidd əməldir. Rusiyada yaşayan erməni oliqarxlar - həmin bu Karapetyan ilə Abramyan bir yük təyyarəsini almışdılar. Çünki Ermənistanda yük təyyarəsi yox idi. Silahları daşımaq mümkün deyildi. Müharibə dövründə bir yük təyyarəsi almışdılar. O yük təyyarəsi ilə silahları qanunsuz olaraq Ermənistana aparıblar.

Yəni, biz bir çox şeyləri bilirik. Sadəcə olaraq, lazım olan vaxtda və məqamda bəzi şeyləri açıqlayırıq. Bugünkü məlumat Azərbaycan ictimaiyyətinə ilk dəfədir ki, çatdırılır. Belə məlumatlar bizdə çoxdur. Ona görə hesab edirəm ki, bütün tərəfdaşlar bizimlə səmimi davranmalıdırlar. Çünki səmimiyyət və dostluq qarşılıqlı olmalıdır”.

Rusiya kimi bir dövlətin cəbbəxanalarından ermənilərin içində ballistik raketlərin də olduğu silahları oğurlamaları nə qədər inandırıcıdır və baş verənlərə görə Rusiya Müdafiə Nazirliyi hansı səviyyədə məsuliyyət daşıyır?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Rusiyanın silah oğurlanması ilə bağlı dedikləri hər söz yalandır. Çünki həmin silahlar nüvə silahları kimi ciddi surətdə qorunur”.

Rusiyaın 44 günlük Vətən müharibəsinin ilk günündən Ermənistana hər cür silahlı yardım etdiyini vurğulayan politoloq əlavə edib ki, müharibədə rus-erməni qoşunları Azərbaycan ordusuna qarşı birgə vuruşublar. Amma Azərbaycan ordusu onların öhdəsindən gələ bildi:

Rusiya gözlərinin içinə qədər yalan deyir. Rusiyanın silah oğurlanması ilə bağlı dedikləri hər söz yalandır. Çünki həmin silahlar nüvə silahları kimi ciddi surətdə qorunur. Bu silahlardan atəş açmağa da yalnız siyasi rəhbərlik icazə verir. “İsgəndər M” raketlərindən Azərbaycan ərazisinə atəş açılmasından da Rusiyanın siyasi rəhbərliyi məlumatlı olub. Bu bilavasitə onların göstərişi ilə həyata keçirilib.

Azərbaycana qarşı istifadə olunan silahlar həm qadağan olunub, həm də o silahların beynəlxalq konvensiyalara görə istifadəsi yolverilməzdir. Bu məsələni başqa yerlərə yönəltməyin adı yoxdur. Çünki Rusiya 44 günlük Vətən müharibəsinin ilk günündən Ermənistana hər cür silahlı yardım edirdi. Rusiyanın Gümrüdəki hərbi bazası bütün şəxsi heyyətlə Vətən müharibəsində iştirak edib. Bir sözlə müharibədə rus-erməni qoşunları Azərbaycan ordusuna qarşı birgə vuruşublar. Amma Azərbaycan ordusu onların öhdəsindən gələ bildi.

Qabil Hüseynli: “Azərbaycan siyasi rəhbərliyi “İsgəndər M” raketləri ilə bağlı Haaqa beynəlxalq tribunalına müraciət etməlidir”.

Sonradan isə onlar Azərbaycan ordusunun gözünü qorxutmaq üçün “İsgəndər M” raketlərindən atəş açıblar. Bildiyimə görə Azərbaycan ərazisinə 10 “İsgəndər M” raketləri atılıb. Onlardan 8-i partlamayıb, 2-i isə partlayıb. Çox şükürlər olsun ki, partlayan raketlər hədəfdən xeyli uzağa düşüb.

İndi isə Rusiya Müdafiə Nazirliyi deyir siyasi rəhbərliyin “İsgəndər M” raketlərinin Azərbaycan ərazisinə atılmasından xəbəri yoxdur. Bu cür açıqlama verib baş qatmağa heç bir lüzum yoxdur. Məncə Azərbaycan siyasi rəhbərliyi Haaqa beynəlxalq tribunalına müraciət etməlidir. Çünki bu məsələni beynəlxalq təşkilatlar araşdırmalıdır. Onsuz da Rusiyanın beynəlxalq konvensiyaları pozduğuna görə bütün dünya bu məsələnin nəticələri ilə maraqlanır. Azərbaycan da bunu məhkəmə, tribunal yolu ilə araşdırmalıyıq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Ən çox oxunanalar