Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP İdarə Heyətinin iclası keçirilib, Mərkəzi Seçki Qərargahı yaradılıb - Yenilənib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib...

APA xəbər verir ki, iclasda Milli Məclisə 2024-cü ilin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı təsdiq edilib.

Bundan başqa Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı yaradılıb və onun tərkibi təsdiqlənib.

Eyni zamanda, iclasda Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.

Səsvermə gününədək seçki komissiyasının iclaslarını müşahidə edəcək şəxslərin təyin edilməsi məsələsi də səsə qoyularaq qəbul edilib.

***

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbədənkənar parlament seçkiləri ilə bağlı iclası başlayıb.

APA xəbər verir ki, iclasın gündəliyində 4 məsələ yer alır.

***

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçiriləcək iclasının gündəliyi məlum olub.

APA xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Milli Məclisə 2024-cü ilin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının təsdiq edilməsi;

2. Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının yaradılması və onun tərkibinin təsdiq edilməsi;

3. Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin olunması;

4. Səsvermə gününədək seçki komissiyasının iclaslarını müşahidə edəcək şəxslərin təyin edilməsi.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 28-də “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclis buraxılıb, növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Poliqon.info


Etiket: YAP


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

“Bakının İrəvana göndərdiyi 10-cu paketdə hansı tələblər var?" 

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Finlandiya sentyabrın 1-dən ölkəyə giriş qaydalarını sərtləşdirəcək  

XİN Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli görüşünə dair Birgə Bəyanat yayıb

Azərbaycan və İraq məhkəmə-hüquq əməkdaşlığını müzakirə edib - Foto

"Arsenal" icarə əsasında çıxış edən futbolçunu transfer edib

Göyçayda avtomobil yol kənarındakı su arxına düşüb, xəsarət alan var

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Ən çox oxunanalar