İdentifikasiya ilə bağlı yeni qaydalar qüvvəyə minib
Rusiyada messencerlərdə identifikasiya ilə bağlı yeni qaydalar qüvvəyə minib
Mayın 5-dən messencerlər istifadəçinin telefon nömrəsini mobil operatorda qeydiyyatdan keçirmələri barədə məlumatları yoxlamalıdırlar. Rusiya mətbuatına istinadən verilən məlumata görə, Rusiya hökumətinin müvafiq fərmanına əsasən, messencerlərlər istifadəçilərin telefon nömrələrini mobil operatorlarda qeydiyyatı barədə məlumatları yoxlamalıdırlar. Operatorlar isə öz növbəsində istənilən məlumatı 20 dəqiqə ərzində təqdim etməlidirlər. Əks təqdirdə identifikasiya qəbul edilmiş sayılmayacaq.
Mobil operator telefon nömrəsini öz verilənlər bazasında tapmadığı təqdirdə, abunəçinin hansı messencerdən istifadə etdiyini göstərərək, ona xüsusi kod təyin etməlidir.(ONA)
pia.az