Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya XİN “taxıl müqaviləsi”nin bərpası üçün şərtləri açıqlayıb...

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Rusiya tərəfinin taxıl sövdələşməsinin bərpası ilə bağlı şərtləri əvvəlki kimi qalıb...

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyinin məlumatında bildirilir. Diplomat bildirib ki, söhbət təkcə Tolyatti-Odessa ammonyak boru kəmərinin işə salınmasından getmir.

“Mövqemiz dəyişməz olaraq qalır, yəni ilk növbədə sistemli problemlər həll edilməlidir: Rosselxozbank-ı SWIFT-ə yenidən qoşulmalıdır, ehtiyat hissələrin tədarükünü bərpa etmək, nəqliyyat logistikasını və sığortanı yenidən təşkil etmək, Rusiya şirkətlərinin xarici aktivlərinə çıxışını bərpa etmək”, deyə Qaluzin TASS-a bildirib.

Diplomat həmçinin xatırladıb ki, Rusiyanın taxıl sazişindən çıxmasına səbəb Ukraynanın dəniz humanitar dəhlizindən hərbi məqsədlər üçün istifadə etməsidir.

“Bu cür hərəkətlər, məlum olduğu kimi, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün əldə edilmiş razılaşmanın ruhuna və hərfinə ziddir”, deyə Qaluzin əlavə edib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsinin “genişləndirilmiş variantda” bərpasına kömək edəcəyini bildirib. Avqustun 2-də o, Rusiya prezidenti Vladimir Putinlə telefonda danışıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay