Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Qərb, erməni və gürcü xalqlarını öz hakimiyyətləri ilə üz-üzə qoyub...

Rusiya və kollektiv Qərb Ermənistan və Gürcüstanda açıq qarşıdurma müstəvisinə keçiblər...

Politoloq: “Ermənistanda və Gürcüstanda yaşanan proseslər Ukraynadakına bənzər deyil”.

“İndiki məqamda Rusiyanın yenidən Ermənistan və Gürcüstana hərbi müdaxilə ehtimalları bu aksiyalarla bağlı olması real deyil”.

Bu sözləri politoloq Turan Rzayev Ermənistan və Gürcüstanda Rusiya və kollektiv Qərb qarşıdurmasını Poliqon-a şərh edərkən qeyd edib.

Artıq Rusiya və kollektiv Qərb Ermənistan və Gürcüstanda açıq qarşıdurma müstəvisinə keçiblər. Hər iki tərəfdə erməni və gürcü xalqlarını hakimiyyətləüz-üzə qoyaraq bu xalqlardan alət kimi istifadə etməyə çalışır.

Ukrayna təcrübəsini nəzərə alaraq Rusiyanın bu Ermənistan və Gürcüstana hərbi müdaxiləsinə ehtimal vermək olar?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Rusiya bir əraziyə müdaxilə edəndə ya etnik əsasdan bunu edir, ya da ki, Rusiya vətəndaşlarını qorumaq üçün edir”.

Rusiyanın Ermənistana və Gürcüstana hərbi müdaxilə etməyəcəyini proqnoz edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Rusiya maksimum dərəcədə bu proseslərə dəstəyini ifadə edəcək, özünə sadiq qrupların və maraqların hakimiyyətə gəlməsini çalışacaq:

“Ümumiyyətlə, Ermənistanda və Gürcüstanda yaşanan proseslər Ukraynadakına bənzər deyil. Bəli, Ukraynada etiraz aksiyaları baş verirdi, amma Rusiyanın Ukraynaya müdaxilə etməsinin əsas yaradan səbəb burada etnik rusların ayaqlanması və separatçıların fəaliyyətə başlamasıydı. Yəni Rusiya bunu Ukraynadakı rus xalqının öz müqəddəratını təyin etmək hüququ kimi qiymətləndirdi və işğalçı müharibəyə başladı. Bunun zəmini əslində bu idi.

Gürcüstana da 2008-ci ildə müdaxilə etdi. Amma Gürcüstanda bu məsələ etiraz aksiyalarıyla bağlı deyildi, sırf Abxaziya və Osetiyaya müdaxiləylə bağlı idi. Yəni Rusiya bir əraziyə müdaxilə edəndə ya etnik əsasdan bunu edir, ya da ki, Rusiya vətəndaşlarını qorumaq üçün edir.

Turan Rzayev: “Rusiya ən yaxşı halda Ermənistan hakimiyyətinə iqtisadi təzyiq edə bilər”.

Düşünürəm ki, indiki məqamda Rusiyanın yenidən Ermənistan və Gürcüstana hərbi müdaxilə ehtimalları bu aksiyalarla bağlı olması real deyil. Hesab edirəm, bu proseslərin pərdəarxasında duran məsələlər var. Məsələn Gürcüstanda daha çox Qərb diqqət çəkir, amma Rusiyada daha çox Ermənistan faktoru var. Çünki keşiş Baqratın özü Köçəryanla və birbaşa Rusiyayla bağlantılı olan bir şəxsdir.

O baxımdan da demək olar ki, Rusiya bu məsələləri əsas gətirib hərbi müdaxilə etməyəcək. Amma maksimum dərəcədə bu proseslərə dəstəyini ifadə edəcək, özünə sadiq qrupların və maraqların hakimiyyətə gəlməsini çalışacaq. Ən yaxşı halda Ermənistan hakimiyyətinə iqtisadi təzyiq edə bilər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Ən çox oxunanalar