Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və İranın kriptovalyuta “çarəsi”... - Nə qədər effektli ola bilər?

Kriptovalyuta ilə hesablaşmaların hansı riskləri var?...

İqtisadçı-ekspert: “İstər Rusiya, istərsə də İran tərəfi dollardan asılılığın nisbətən azaldılması, sanksiyalara dayanıqlığa az da olsa, yardımın olması üçün müxtəlif üsullardan istifadə etməyə çalışırlar”.

“Kriptovalyuta hava ilə dolmuş şardır. Yəni hər zaman partlaya bilər”.

Bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov Rusiyaİranın hesablaşmalarda kriptovalyutadan istifadə etmək qərarını Poliqon-a şərh edərkən qeyd edib.

Son məlumatlara görə Rusiyaİran hesablaşmalarda kriptovalyutadan istifadə edəcəklər. Dünən isə Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov hazırda İranRusiyanın rəqəmsal valyutaların ixrac-idxal əməliyyatları üçün istifadə imkanlarını araşdırdığını bildirib.

Eyni zamanda səfir qanunvericilik bazasının yaradılmasının zəruriliyinə də vurğulayıb və qeyd edib ki, İxrac-idxal əməliyyatları üçün hesablaşmalarda rəqəmsal maliyyə aktivləri və valyutalarından istifadə məsələlərin beynəlxalq aləmdə hüquqi bazası yaradılmalıdır.

Bəs dövlətlərin öz ticarətlərində rəqəmsal valyutalardan istifadə etməsi nə qədər effektlidir və bu cür hesablaşmaların hansı riskləri var? Dövlətlər arasında iqtisadi əlaqələrdə rəqəmsal valyutalar yayğınlaşa bilər?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Eldəniz Əmirov ilə müzakirə edib.

Eldəniz Əmirov: “Rusiyaİranın hesablaşmalarda kriptovalyutadan istifadə etmələri uğursuz olacaq”.

Kriptovalyutada çox böyük risklərin olduğunu nəzərə çatdıran ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, İranRusiyanın kriptovalyutalara üz tutması onların başqa alternativlərinin olmasını göstərir:

“İstər Rusiya, istərsə də İran tərəfi dollardan asılılığın nisbətən azaldılması, sanksiyalara dayanıqlığa az da olsa, yardımın olması üçün müxtəlif üsullardan istifadə etməyə çalışırlar. Ya barter forması, ya biri digərinin milli valyutasından istifadə edərək öz aralarında ticarət hesablaşmaları aparılar. İndi Rusiyaİranın hesablaşmalarda kriptovalyutadan istifadə etmək qərarı bu addımlardan biridir.

Eyni zamanda nəzərə almalıyıq ki, kriptovalyuta hava ilə dolmuş şardır. Yəni hər zaman partlaya bilər. Buna görə də kriptovalyutada çox böyük risklər var. İranRusiyanın kriptovalyutalara üz tutması onların başqa alternativlərinin olmasını göstərir.

Həmçinin hər iki tərəfin ticarət əlaqələrində digərinin rolu böyük deyil. Buna görə də hansısa problem yarananda biri digərini xilas edə bilməyəcək. Hesab edirəm ki, Rusiyaİran hesablaşmalarda kriptovalyutadan istifadə etməkləri uğursuz olacaq. Çünki risklər çoxdur və kriptovalyutanın özünün spesifiki baxımından da risklər var. Həm də iki ölkə arasında etimad məsələsində də problemlərin olduğunu deyə bilərik”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi"

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə şad xəbər

Taksilərlə bağlı ciddi problemlər olacaq - Video

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Dünyada çox güclü maqnit qasırğası başladı - Yenilənib

Ən çox oxunanalar