Şənbə, 10 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ukraynanın işğal olunmuş ərazilərində seçki keçirəcək?

Kiyev Moskvanın Ukraynanın işğal olunmuş ərazilərində prezident seçkisi keçirmək planlarını kəskin şəkildə pisləyib.

Ukrayna Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.

Sənəddə Ukraynanın işğal olunmuş ərazilərində səsvermənin keçirilməsinə hər hansı cəhdin qanunsuz olduğunu xatırladılıb.

“Dekabrın 8-də Rusiya Mərkəzi Seçki Komissiyası növbəti prezident seçkisinin 2024-cü il martın 15-17-də keçiriləcəyini elan edib. Rusiya hakimiyyəti Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində - Krım Muxtar Respublikasında və Sevastopol şəhərində, Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin müəyyən ərazilərində səsverməni təşkil etmək niyyətini açıqlayıb.

Ukrayna ərazilərində Rusiya seçkilərinin keçirilməsi Ukrayna Konstitusiyasını və qanunvericiliyini, beynəlxalq hüququn norma və prinsiplərini, xüsusən də BMT Nizamnaməsini kobud şəkildə pozur. Bu seçki prosesi, keçmişdəki digər oxşar təbliğat cəhdləri kimi, etibarsız sayılacaq.

 
Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində verilən səslərin daxil edilməsi Rusiya prezidenti seçkisinin ümumi nəticəsinin legitimliyini şübhə altına alacaq.

Biz beynəlxalq ictimaiyyəti Ukraynanın işğal olunmuş ərazilərində Rusiyanın prezident seçkisi keçirmək niyyətini qətiyyətlə pisləməyə, onların təşkilində və keçirilməsində iştirak edənlərə qarşı sanksiyalar tətbiq etməyə çağırırıq.

Biz xarici ölkələri də öz vətəndaşlarını bu psevdoseçkilərə müşahidəçi göndərməməyə çağırırıq. İştirak edənlər Ukrayna qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti daşıyacaqlar”, - deyə Ukrayna XİN-in saytında dərc edilən bəyanatda vurğulanıb.

Xatırladaq ki, hökuməti martın 15-dən 17-dək prezident seçkisinin keçiriləcəyi barədə elan edib və Vladimir Putinin yenidən iştirak etmək niyyətini açıqlayıb. (oxu.az)

Poliqon.info 


Etiket: Seçki


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polkovnik Elmar Məmmədov həbs edildi - Yenilənib

Medvedev: Onlar bizim tanklarımızı Almaniyada görəcəklər

Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyuldu

Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb - Yenilənib

Rusiya dövlət çevrilişi hazırlığı ilə bağlı Serbiyaya xəbərdarlıq edib

7 yaşlı Fəridi öldürməkdə təqsirləndirilən məşqçidən xəbər var

Həkim əməliyyatda səhvə yol verdi - Qadın hər iki ayağını itirdi

SEPAH: "İran liderinin İsraildən qisas almaq əmri yerinə yetiriləcək"

Pakistanlı jurnalist İlham Əliyevdən yazdı: "Su içmədən suallara üç saatdan çox cavab verə bilir"    

Ən çox oxunanalar