Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya “terrorçuluğu dəstəkləyən dövlət” kimi tanına bilər - Sanksiya

Belə sərt sanksiya tələbi hələ görünməmişdi...

ABŞ-ın İrana qarşı sərt sanksiyalarının yendən qüvvəyə minməsindən cəmi bir gün sonra bir qrup senator bu dəfə Rusiyaya qarşı qüvvədə olan sərt sanksiyaları daha da sərtləşdirmək üçün qanun layihəsini Konqresə təqdim edib. Virtualaz.org xəbər verir ki, qanun layihəsinin məzmunu barədə “Kommersant” yazır. Sənəddə Rusiyanın “terrorçuluğu dəstəkləyən dövlət” kimi tanınması, habelə “bütün dünya boyu” prezident Vladimir Putinin pullarının axtarılıb dondurulması çağırışları yer alır.

“Amerikanın təhlükəsizliyinin Kremlin təcavüzündən qorunması Aktı-2018” adlı layihənin müəllifləri senatorlar Lindsi Qrem, Robert Menendes, Kori Qardner və Ben Kardindir. Qəzet yazır ki, sənəd daha çox daxili siyasətə hesablanıb və Rusiyaya münasibətdə yumşaq davranmaqda günahlandırılan prezident Trampa ünvanlanıb.

Mətn Amerika prezidentinə müraciətlə başlayır. Müəlliflər Trampı Rusiyanın və ya digər xarici oyunçuların ABŞ-ın dövlət təsisatlarının fəaliyyətinə, habelə ölkədəki demokratik proseslərə müdaxiləsinin qarşısını almağa, Rusiyadan Bəşər Əsədi dəstəkləməkdən imtina etməyi və Krımı Ukraynaya qaytarmağı tələb etməyə çağırırlar.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Habelə sənəd layihəsində prezidenti “Amerikanın rəqiblərinə qarşı sanksiyalarla təsir qanunu” (CAATSA) əsasında daha effektiv hərəkət etməyə, “Kreml siyahısı”ını yeniləməyə və dünya üzrə Putinin pullarını axtarmağa çağırırlar.

Qanun layihəsi Moskvaya qarşı bütün mövcud sanksiyalara dair vahid məlumat bazasının yaradılmasına, Rusiyanın ABŞ-da hər hansı əməliyyatlarına qadağa qoymağa, sanksiyaların təsiri altında olan 7 Rusiya bankının aktivlərini dondurmağa çağırır.

Senatorlar o cümlədən Rusiya təhdidlərinə qarşı mübarizə üzrə Milli mərkəzin yaradılmasını, Ağ evdə sanksiya ofisinin təşkilini, Avropa ölkələri ilə Rusiyaya qarşı sanksiyalarının koordinasiyasını təklif edirlər.

Qanun layihəsinin nə zaman müzakirəyə çıxarılacağı məlum deyil. Lakin gözlənilir ki, layihə ABŞ-da Konqresə aralıq seçkilər ərəfəsəsində müzakirəyə çıxarılacaq və dəstək qazanacaq. Çünki əm demokratlar, həm respublikaçılar Rusiya məsələsində yumşaq mövqenin seçkilərdə onların əleyhinə işləyəcəyini nəzərə alırlar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

Ən çox oxunanalar