Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya maliyyə bazarında yuanın dolları əvəz etməsi mümkündür?

Rusiyada dollar və avroya olan tələbatın yuanla əvəz olunduğu barədə məlumatlar yayılır...

İqtisadçı-ekspert: “Rusiyada bu gün dolları yuanla əvəz edirik deyilirsə və yenə də dollar qalxırsa, deməli bu çağırış, bəyanat ciddi qəbul edilmir və bu əslində o deməkdi ki, dollara tələbat artır”.

“Birjada baş verənlər, əslində iqtisadiyyatın real mənzərəsidir. Yəni, Rusiya iqtisadiyyatında vəziyyət hakimiyyətin dediyi kimi deyil”.

Bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov yuanı dolların əvəz etməsi iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Bu gün Moskva birjasında keçirilən ticarət zamanı Avropa valyutasının dəyəri 88 rubldan yuxarı qalxıb. Dollar isə 93 qəpik bahalaşaraq 80,77 rubl olub. Digər tərəfdən isə Rusiyada dollar və avroya olan tələbatın yuanla əvəz olunduğu barədə məlumatlar yayılır.

Yuan dolları əvəz edirsə, o zaman dollar və avro rubla qarşı hansı səbəbdən bahalaşır? Ümumiyyətlə, Rusiya maliyyə bazarında yuanın dolları əvəz etməsi hansı səviyyədə mümkündür?

Mövzunu Poliqon.info-un əməkdaşı Eldəniz Əmirov ilə müzakirə edib.

Eldəniz Əmirov: “Proses olaraq reallıq odur ki, bir ölkənin iqtisadi vəziyyəti nə qədər geri gedirsə, o ölkənin milli valyutası dəyər itirir”.

Manatın, rublun, dolların, avronun yaxud da yuanın real vəziyyətinin ölkənin iqtisadi vəziyyəti ilə əlaqəli olduğunu vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, əgər bu gün manat rubl qarşında Moskva birjasında güclənibsə, deməli həmin vaxt üçün Azərbaycan iqtisadiyyatının dinamikası Rusiya iqtisadiyyatının dinamikasından daha yaxşı qiymətləndirilib:

“Birjada baş verənlər, əslində iqtisadiyyatın real mənzərəsidir. Yəni, Rusiya iqtisadiyyatında vəziyyət hakimiyyətin dediyi kimi deyill. Yuan heç vaxt dolları əvəz edə bilməyəcək. Heç vaxt dedikdə yaxın müddətli dövrü nəzərdə tuturam. Bəlkə beş il sonra hansısa bir situasiya yaranacaq. Amma hazırkı vəziyyətdə bu tip məsələlər sözdə həll olunmur. Çünki ticarətin öz qanunları var. Dövriyyələrin də öz qanunları var. Buna görə də bu məsələlər bir az sadə formada həll olunmur.

Proses olaraq reallıq odur ki, bir ölkənin iqtisadi vəziyyəti nə qədər geri gedirsə, o ölkənin milli valyutası dəyər itirir. Yəni, o ölkə rəhbərinin hansı qərar verməsi, hansı çıxışlar etməsindən asılı deyil. Manatın, rublun, dolların, avronun yaxud da yuanın real vəziyyəti ölkənin iqtisadi vəziyyəti ilə əlaqəlidir. Əgər bu gün manat rubl qarşında Moskva birjasında güclənibsə, deməli həmin vaxt üçün Azərbaycan iqtisadiyyatının dinamikası Rusiya iqtisadiyyatının dinamikasından daha yaxşı qiymətləndirilib. Azərbaycan iqtisadiyyatı daha etibarlı hesab olunub.

Rusiyada bu gün dolları yuanla əvəz edirik deyilirsə və yenə də dollar qalxırsa, deməli bu çağırış, bəyanat ciddi qəbul edilmir və bu əslində o deməkdi ki, dollara tələbat artır. Bir daha qeyd edim ki, yaxın bir neçə il ərzində istər Rusiyada, istərsə də başqa ölkələrdə yuanın dolları əvəz etməsi mümkün deyil”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Azərbaycanda şəxsiyyət vəsiqələrini fiziki təqdim etməyə ehtiyac qalmayacaq

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

Ən çox oxunanalar