Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya kəşfiyyatı: Qərb Zelenskini başqası ilə əvəz etmək istəyir

Sergey Narışkin: Qərb liderləri Zelenskinin dəyişdirilməsinin vacibliyini getdikcə daha çox müzakirə edirlər...

Qərb liderləri Ukrayna prezidenti Vladimir Zelenskinin mübahisəli qərarları, özbaşınalıqları və ölkədə artan korrupsiya səviyyəsinə görə onun dəyişdirilməsi zərurətini getdikcə daha çox müzakirə edirlər.

Polqion TASS Agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin deyib.

Xarici Kəşfiyyat Xidmətinin rəhbəri qeyd edib ki, bu qərarın əsas səbəbi Zelenskinin “Vaşinqton və müttəfiqlərinin maraqları naminə Rusiya ilə münaqişədə manevr etmək qabiliyyətini” itirməsidir. Bundan əlavə, Narışkin qeyd edib ki, Zelenskinin dəyişdirilməsinin lehinə əlavə arqumentlər Ukraynanın döyüş meydanında qələbəsi ilə bağlı yerinə yetirilməmiş vədlər və Zelenskinin xarici liderlərə qarşı kobudluğu olub.

Narışkinin sözlərinə görə, Qərb Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov, Kiyev meri Vitali Kliçko, prezident aparatının rəhbəri Andrey Ermak və Aleksey Aretoviçi potensial liderlər hesab edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

Zakir Həsənov generalları topladı, döyüş hazırlığı ilə bağlı tapşırıq verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay