Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya bu il də sanksiyalara qarşı davam gətirə biləcəkmi? - Şərh

Rusiyanın 2024-cü il üçün iqtisadi vəziyyətini necə olacaq?..

İqtisadçı-ekspert: “2024-cü ildə də Rusiya üçün iqtisadi problemlər həll olunmamış qalacaq. Amma 2024-cü ildə Rusiya iqtisadiyyatı çökəcəkmi? Xeyr. Bəs, Rusiya iqtisadiyyatında problemlər həll olunacaqmı? Bu da xeyr”.

“Hamı elə bilir ki, bu məsələdə Çin Rusiyanı dəstəkləyir. Amma göründüyü kimi, Çin öz məqsədləri üçün Rusiyanın böyük layihələrini yarıda saxlayıb”.

Bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov bu il üçün Rusiya iqtisadiyyatının vəziyyətini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, Rusiya Avropa bazarını itirdikdən sonra enerji resurslarını əsas iki istiqamətə - Çin və Hindistana yönəldib. Ancaq bu iki bazar Rusiya üçün böyük Avropa bazarını tam əvəz edə bilmir. Digər tərəfdən isə bir çox ekspertlər hesab edirlər ki, martda keçiriləcək prezident seçkilərindən sonra rubl kəskin devalvasiyaya uğrayacaq. Bir çox ekspertlər hesab edir ki. prezident seçkilərindən sonra Rusiya höküməti büdcədə yaranmış kəsiri məhz devalvasiya yolu ilə doldurmağa çalışacaq. Bu isə Rusiyada sosial vəziyyətin daha da pisləşməsinə və xaricdən gətirilən malalrın kəskin bahalaşmasına səbəb olacaq.

Rusiyanın 2024-cü il üçün iqtisadi vəziyyətini necə dəyərləndirmək olar? Ötən il olduğu kimi, bu il də Rusiya sanksiyalara qarşı davam gətirə biləcəkmi?

Rusiya iqtisadiyyatının hazırkı vəziyyətini Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Eldəniz Əmirov ilə müzakirə edib.

Eldəniz Əmirov: “Rusiyanı iqtisadi cəhətdən tənəzzülə uğratmaq çox çətin olacaq, amma bu baş verəcək”.

Rusiyada sosial həyatda ciddi problemlərin yaşanmağa başladığını xatırladan ekspert Poliqon-a bildirib ki, ruslar müharibə vəziyyətinə dözümlü olsalar da, artıq müharibə onlar üçün də ciddi fəsadlar yaratmağa başlayıb:

Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayandan sonra Avropa bazarını birmənalı olaraq itirmişdi. Çox cuzi bir hissə qalmışdı ki, o da tədircən əks istiqamət üzrə getməkdədir. Rusiya təbii olaraq Avropa bazarlarını itirməkdədir. Çin və Hindistana da enerji resurslarının ötürülməsi istiqamətində ciddi səylər göstərilir. Amma bu səylər nəticəsini verirmi? Hazırda bu səylər tam olaraq öz nəticəsini vermir.

Rusiyadan Çinə neft, qaz kəmərlərinin inşa edilməsi prosesi ötən onillikdə artıq başlayıb, lakin bu proses tamamlanmayıb. Belə ki, Çindən Rusiyaya istiqamətlənmiş əsas boru kəməri bilavasitə “Sibirin gücü” adlanır. Bu sistemdə üç boru kəməri var. Bunlar “Sibirin gücü 1”, “Sibirin gücü 2” və “Sibirin gücü 3”-dür. Müharibəyə qədər “Sibirin gücü 1” marşrutu üzrə proses işə düşüb. Amma “Sibirin gücü 2” və “Sibirin gücü 3” yarımçıq qalıb.

Hamı elə bilir ki, bu məsələdə Çin Rusiyanı dəstəkləyir. Amma göründüyü kimi, Çin öz məqsədləri üçün Rusiyanın böyük layihələrini yarıda saxlayıb. Çin danışıqlardan qaçır, müəyyən proseslərə münasibət bildirmir. Məsələn Rusiya “Sibirin gücü 2” və “Sibirin gücü 3” layihələrinin başa çatdığını deyir. Amma Çin bu barədə heç bir münasibət bildirmir və layihələrin də istismarına başlamır.

Qeyd edim ki, Hindistan da, Çin də, hazırkı vəziyyətdə Rusiyanı sevərək deyil, öz mənfəətləri naminə Moskvanın zəif dururmundan maksimum yararlanmağa çalışırlar. Onlar müəyyən layihələri gecikdirirlər. Çünki həm Çinin, həm də Hindistanın daha ucuz enerji resursları əldə etmək üçün başqa bir bazarı da var. Bu bazar Yaxın Şərq və İran bazarıdır. Eyni zamanda, Çində alternativ enerji resurslarına üstünlük verilir. Kömürün xüsusi çəkisi çox böyükdür. Həmçinin qaz daha çox Avstraliyadan Çinə böyük həcmdə tədarük olunur. Avstraliya Çinin qaz təchizatında birinci yerdədir.

Eldəniz Əmirov: “Hindistan da, Çin də, hazırkı vəziyyətdə Rusiyanı sevərək deyil, öz mənfəətləri naminə Moskvanın zəif dururmundan maksimum yararlanmağa çalışırlar”.

Bu məsələlərə görə, 2024-cü ildə də Rusiya üçün iqtisadi problemlər həll olunmamış qalacaq. 2024-cü ildə Rusiya iqtisadiyyatı çökəcəkmi? Xeyr. Bəs, Rusiya iqtisadiyyatında problemlər həll olunacaqmı? Bu da xeyr. Yəni, aşağı-yuxarı Rusiya iqtisadiyyatı üçün 2023-cü ildə olan tendensiya davam edəcək, hələ bir az da pisləşəcək. Amma ciddi fəsadların Rusiya iqtisadiyyatını alt-üst edəcək deyə bir şey yoxdur. Çünki Rusiya ehtiyatlarla çox zəngindir, həddindən artıq böyük ehtiyatlara malikdir. Təsəvvür edin ki, planetin quru sahəsinin 12,8 faizinə malik olan ölkədir. Bu dövlətin hər qarışı yeraltı sərvətdir.

Buna görə də, Rusiyanı iqtisadi cəhətdən tənəzzülə uğratmaq çox çətin olacaq, amma bu baş verəcək. Yəni, proses belə gedərsə, Rusiya iqtisadiyyatını zəiflətmək mümkün olacaq.

Artıq Rusiyada sosial həyatda ciddi problemlər yaşanmağa başlayıb. Ruslar müharibə vəziyyətonə dözümlü olsalar da, artıq müharibə onlar üçün də ciddi fəsadlar yaratmağa başlayıb. Əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Buna görə də düşünürəm ki, 2024-cü il Rusiya iqtisadiyyatı daha çox böhrandan qabaq durğunluq dövrünü yaşayacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"

Taksilərlə bağlı ciddi problemlər olacaq - Video

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Dünyada çox güclü maqnit qasırğası başladı - Yenilənib

Bayden debatların ikinci raundunda iştirak etmək niyyətindədir

Mariya Zaxarova: Fransanın müstəmləkə siyasəti irqi və mədəni üstünlük ideyalarına əsaslanıb

Ermənistan NATO-nun ABŞ-də keçiriləcək sammitində iştirak edəcək

Ən çox oxunanalar