Çərşənbə axşamı, 02 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus komandirlər Ukrayna vətəndaşlarını cinsi zorakılığa məruz qoyur - “New York Times”

Bəzi hallarda rus komandirlər zorlama əmri və ya “get dincəl” göstərişi veriblər...

Hazırda prokurorluq rus işğalçıları tərəfindən Ukrayna vətəndaşlarına qarşı cinsi zorakılığa dair 154 iş açıb.

ABŞ-ın “New York Times” nəşrinin jurnalistləri rus əsgərləri tərəfindən işğaldan azad edilmiş ərazilərdə ukraynalı mülki şəxslərə qarşı cinsi zorakılıqla bağlı araşdırma dərc ediblər.

“New York Times” nəşri xüsusilə, rus komandirlərinin zorlamaları təşviq etdiyinə dair sübutlar olduğunu yazır. Nəşr bu barədə məlumatlara prokurorluğun zorakılıq işlərinə baxan sözçüsü İrina Didenkonun malik olduğunu qeyd edir.

Mətbu orqanın əməkdaşları Didenkoya istinadən bildirirlər ki, bəzi hallarda rus komandirlər zorlama əmri və ya “get dincəl” göstərişi veriblər.

Didenko deyir ki, rus qoşunları əraziləri işğal edəndə aydın davranış modeli var: “Quru qoşunları gəlir, ikinci və ya üçüncü gün zorlamalar başlayır”.
İstintaqda təsvir olunan hallardan birində komandir özündən kənarda qalaraq əsgərlərə yaşayış binasına girməyə icazə verib. Bu zaman bir əsgərin dediyi eşidildi: “Sadəcə bunu döyəcəyik, bunu da zorlayacağıq”. Başqa bir hadisədə isə səkkiz rus əsgəri nəzarət-buraxılış məntəqəsində saxlanılan kişini zorlayıb.

Didenkonun sözlərinə görə, ümumilikdə 154 zorlama faktı rəsmi olaraq müəyyən edilib. Lakin prokuror hesab edir ki, əslində belə hallar daha çoxdur. Məsələn, Kiyev vilayətinin əvvəllər işğal olunmuş kəndlərindən birində psixoloqlar müəyyən ediblər ki, hər doqquzuncu qadın cinsi zorakılığa məruz qalır.

Prokurorların və şəhər rəsmilərinin sözlərinə görə, zorlama qurbanları baş verənlər barədə danışmaqdan çəkinirlər və müharibə fonunda vəziyyət daha da pisləşir, çünki onları Rusiya ordusu ilə əməkdaşlıqda ittiham etmək olar.

Ən çox cinsi zorakılıq halları Xerson vilayətində aşkarlanıb

Xüsusi mobil qrup Xerson vilayətinin işğaldan azad edilmiş hissəsində rus işğalçıları tərəfindən 64 cinsi zorakılıq faktını qeydə alıb. Bu, Ukraynanın işğaldan azad edilmiş digər rayonları ilə müqayisədə çoxdur.

Rusiya hərbçilərinin Xerson vilayətində 4 ay ərzində qadına təcavüz etməsi halları var. Mart ayından bəri başqa bir yerli sakin sistematik şəkildə ifşa olunur və işgəncələrə məruz qalır.(unikal)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapılıblar 

"Bu şəhərdə"ni Fuad İsgəndərov davam etdirəcək?

Seçkilərin taleyini müəyyən edəcək iki amil: İranın azadlıq bayrağı təbrizlilərin əlindədir - Fotolar

Azərbaycanda bu kənd palçıq altında qalıb - Sakinlər köçürülür - Video

İyul ayında bu bürcləri “pul yağışı” gözləyir 

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Arıqlamağın yeni metodu: "30-30-30" - Niyə bu qədər populyardır?

AVRO-2024: Günün ikinci 1/8 final görüşü başlayıb

Aeroport yolunda 6 avtomobil toqquşdu: xəsarət alanlar var - Foto

Ən çox oxunanalar