Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Respublikaçılar və Demokratlar meydan savaşına hazırlaşırlar - ABŞ-da ikinci Tramp dönəmi yaşana bilər?..

Amerikada dərinləşən siyasi qütbləşmə “vətəndaş müharibəsi” psixologiyasından qaynaqlanır. Tərəflər ölüm-dirim savaşındadırlar...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 16 noyabr 2021-ci il

Donald Tramp ABŞ-ı Paris İqlim Müqaviləsindən çıxardı, onun yerinə gələn Co Bayden isə Trampın bu qərarını ləğv elədi. Bayden administrasiyası Şotlandiyada keçirilən İqlim Sammitində Qlobal İstiləşməni yavaşlatmaq üçün bəzi öhdəliklər götürüb. Hazırda ABŞ iqlim böhranı ilə mübarizədə avanqard bir ölkə kimi çıxış edir, lakin digər tərəflər, xüsusən də Avropa Amerikanın öhdəliklərinin qlim böhranı ilə mübarizəyə mane ola biləcəyini düşünürlər. Çünki ABŞ-da Demokratlar və Respublikaçılar iqlim böhranına əsaslı şəkildə fərqli yanaşırlar. Əksər Respublikaçılar iqlim böhranına inanmır və onlar böhranla mübarizə üçün lazımi qaydaların Amerika iqtisadiyyatına zərər verdiyini iddia edirlər.

Baydenin Konqresdən keçirmək istədiyi qanun layihələri isə qalıq yanacaq sənayesinə olan yaxınlığı ilə tanınan bəzi Demokrat senatorlar tərəfindən əngəllənir.

Demokratların 2022 və 2024-cü il seçkilərində uduzması ehtimalı Avropanı düşünməyə vadar edir. Noyabrın 2-də Virciniya ştatında keçirilən qubernator seçkilərində Respublikaçı namizədin qalib gəlməsi 2022-ci il seçkilərində Demokratların çətin günlər keçirəcəyini göstərir.

Demokratlar hazırda Nümayəndələr Palatasında və Senatda cüzi çoxluğa sahibdirlər. 2022-ci ilin noyabrında Senatda 34 yer, Nümayəndələr Palatasında 435 yer və 36 ştat qubernatorluğu üçün seçkilər keçiriləcək. 2022-ci ildə, keçmiş Demokrat prezidentlərin ilk dönəmlərdə baş tutan ilk aralıq seçkilərində olduğu kimi, Respublikaçılar Konqresdə çoxluğu qazanacaqlar. Bu ehtimal reallaşarsa, Avropada iqlim böhranı ilə mübarizənin diqqətdən kənarda qalacağından qorxurlar.

Amerikada dərinləşən siyasi qütbləşmə “vətəndaş müharibəsi” psixologiyasından qaynaqlanır. Tərəflər ölüm-dirim savaşındadırlar. 2021-ci ilin yanvarında Trampçıların ABŞ Konqresini işğal etməsinin təsirləri hələ də davam edir. Baydenin prezidentliyə başlamasından təxminən 10 ay keçməsinə baxmayaraq, Tramp seçkilərdə məğlub olmadığını dilə gətirməyə davam edir. Bəzi Trampçılar, hətta Trampın bu ilin sonunda prezident kimi bərpa olunacağına inanırlar. Daha əvvəl bir tarix deyənlər də olub. Təbii ki, bunun baş tutması hüquqi baxımdan mümkün deyil, lakin trampçı kütlələrin böyük bir hissəsi bu söz-söhbətlərə inanır. Tramp isə “2020-ci il seçkilərində uduzduğumuzu etiraf etməliyik” deyən Respublikaçıları danlamağa davam edir və diqqəti keçmişə deyil, qarşıdan gələn seçkilərə yönəldir. Tramp bu yaxınlarda bu istiqamətdə açıqlamalar verən Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi tənqid edib . Xatırladaq ki, Kristi Trampın keçmiş tərəfdarıdır.

Demokratlar Partiyasını dəstəkləyən bir çox yazıçı Trampın namizəd olacağı təqdirdə, 2024-cü ildə prezident seçilə biləcəyini qeyd edir. Trampın yerinə trampçı bir namizədin seçiləcəyi də mümkün hesab edilir. Bu müəlliflərin fikrincə, Demokratlar münaqişələrini həll etməsələr, 2024-cü il seçkiləri “Tramp. 2.0” olaraq xarakterizə edilən bir nəticə verə bilər.

Respublikaçılar Partiyasının iplərini əlində saxlayan Tramp 2024-cü il seçkilərində namizəd olacağını bəyan etməsə də, namizəd olmayacağını da deməyib. Trampa baxmayaraq, heç bir Respublikaçı prezidentliyə namizədliyini irəli sürəcəyini açıq deyə bilmir. Tramp dövründə ABŞ-ın BMT-dəki nümayəndəsi olmuş Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli və eyni ştatdan olan senator Tim Skott prezidentliyə namizəd olmaq üçün üçün səhnəyə çıxmağa hazırdır. Bununla belə, hər ikisi namizədliklərinin Trampdan asılı olduğunu açıqlayıb. Keçmiş qubernator Kris Kristi Trampa meydan oxuyaraq, prezident namizədliyinə tək o qərar verəcəyini açıqlayıb.

Kris Kristi Las-Veqasda Respublika Yəhudi Koalisiyası üzvləri qarşısında çıxışında Respublikaçıların 2020-ci il seçkilərinin saxtalaşdırıldığına dair iddialardan əl çəkməli olduğunu deməklə Trampın qəzəbinə tuş gəlib. Kristinin “Respublikanın xilası: Partiyanı həqiqəti inkar edənlərdən, sui-qəsd iddiaçılarından və Co Baydenin təhlükəli siyasətlərindən xilas etmək” adlı kitabı noyabrın 17-də işıq üzü görəcək. Amerika mətbuatında yer alan məlumata görə, Kristi bu kitabda Trampçı sui-qəsd iddialarının Respublikaçılar Partiyasına vurduğu ziyanı araşdırıb. 2024-cü il seçkilərinə hələ çox var, lakin bu prosesin Respublikaçı qruplarla Demokratlar arasında meydan döyüşlərinə səhnə olacağı göz qabağındadır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Ən çox oxunanalar