Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubada dəhşət: Arvadını, qaynanasını, baldızını və qaynını bıçaqladı - Yenilənib

Xaçmazda arvadını və daha üç qohumunu bıçaqlayan şəxsə cinayət işi açılıb.

Bu barədə Xaçmaz Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 26-ı gecə saat bir radələrində Xaçmaz rayonu, Niyazoba kəndi ərazisində 4 nəfər şəxsin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla rayon sakini Niyaməddin Qədirovun qayınatasına məxsus evə gəlib arvadı Ülviyyə Qədirovaya, həmçinin sonuncunun anası, bacısı və qardaşına bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Niyaməddin Qədirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.

***

Quba sakini Xaçmazda arvadını və daha üç qohumunu bıçaqlayıb.

“Report”un Şimal bürosu xəbər verir ki, hadisə Niyazoba kəndində qeydə alınıb.

Quba rayonunun Dağlı kənd sakini Niyaməddin Qiyaməddin oğlu Qədirov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Ülviyyə Teymur qızı Qədirovanı, Xaçmaz rayonunun Niyazoba kənd sakinləri: qayınanası, 1965-ci il təvəllüdlü Zəkiyyə Nuruyevanı, qaynı, 1997-ci il təvəllüdlü Elçin Teymur oğlu Nuruyevi və baldızı, 1998-ci il təvəllüdlü Röya Teymur qızı Nuruyevanı bıçaqlayıb.

Yaralılar təcili tibbi yardımın köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar