Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bir neçə il əvvəl "Lotu Quli” kimi tanınan "Qanuni oğru” Nadir Səlifovun qətlə yetirildiyi hotellə bağlı iddialar yenidən gündəmə gəlib...

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Nadir Səlifovun öldürüldüyü "Alva Donna Exclusive Hotel Spa” adlı turistik təsis VI çağırış Milli Məclisin deputatı, 71 saylı Cəlilabad şəhər seçki dairəsindən növbədənkənar parlament seçkilərində deputatlığa namizəd Malik Həsənova məxsusdur. İddia edilir ki, Malik Həsənov Nadir Səlifovun öldürüldüyü hoteli satıb.

Qeyd edək ki, adı çəkilən otel Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşir. Antalyanın ən elit və böyük təsislərindən olan otelin bir nəfər üçün tək gecəlik qiyməti 232.26 AZN-dir.

Məlumatlara görə, əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan "Alva Donna Qrup” 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən "Vertex İnvestment Limited” şirkətinə satılıb.

Yerli mediada məlumat yayılıb ki, adıçəkilən şirkət daha sonra "Alva Donna Group” şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib.

Əldə etdiyimiz digər məlumata görə, Sərxan Babayev Malik Həsənovun qeyri-rəsmi ortağıdır. Məlumatlarda S.Babayevin adı çəkilsə də, hotelin arxasındakı əsas fiqur Malik Həsənovdur. Bildirilir ki, Malik Həsənov Sərxan Babayevə himayədarlıq edir. Onların hər ikisinin eyni qrupdan olduqları qeyd edilir.

Xatırladaq ki, Qulinin Türkiyədə qətli kriminal aləmdə şok effekti yaratmışdı. Quli 2020-ci ilin avqustun 19-da Türkiyənin Antalya şəhərində baş nahiyəsinə açılan güllə ilə öldürülmüşdü.

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Abbas Araqçi xarici işlər naziri vəzifəsinə təsdiqləndi

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Ən çox oxunanalar