Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

QMİ-nin sədr müavini: “Fransanın Ruanda və Əlcəzairdə törətdiyi soyqırımları unudulmayıb”

“Fransanın Ruanda və Əlcəzairdə törətdiyi soyqırımları heç kim unutmayıb”...

“Report”un xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev Bakıda keçirilən “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Allah insanları müqəddəs Quranda birgəyaşayışa çağırır və dəvət edir:

“Fransa bu gün dünyada humanizmdən, birgəyaşayışdan ən çox bəhs edən ölkələrdən biridir. Lakin bu ölkənin Ruanda, Əlcəzairdə insanları kütləvi şəkildə soyqırımına məruz qoymasını heç kim unutmayıb. Hazırda oxşar mənzərələr Azərbaycanda - Qubada, Şuşada, Xocalıda da var və 44 günlük Vətən müharibəsindən sonra işğal edilmiş ərazilərdən hələ də kütləvi məzarlıqlar tapılır. Bu qırğınlar fransızlara, ermənilərə nə verib?”
F.Nurullayev bildirib ki, indi Azərbaycan əsgəri sərhəddə erməni sakinlərə su, çörək verir:

“Bu, islamın buyurduğu insanı dəyərlərdir. Biz birgəyaşayışı, insanların dininə hörmət etməyi islamdan öyrənmişik”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar