Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qızıl Aypara: İsrailin Rəfaha hücumu nəticəsində 60 nəfər ölüb...

İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağının cənubunda, Misirlə sərhəddə yerləşən Rəfah şəhərinə endirdiyi hava zərbələri nəticəsində 60 nəfər həlak olub...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı Qızıl Ayparaya istinadən məlumat yayıb.

Ölənlərlə bağlı məlumatlar müxtəlifdir: “Əl-Cəzirə” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən 50 qurbanın olduğunu bildirib. “Əl-Mayadeen” telekanalı adı açıqlanmayan mənbələrə istinadən 100 nəfərin öldüyünü bildirib. Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, Rəfah İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin intensiv atəşinə məruz qalıb. Helikopterlər də şəhərin sərhəd rayonlarını atəşə tutub.

İsrail ordusu Əl-Şabur bölgəsindəki Rəfaha zərbələr endirdiyini təsdiqləyib. İsrail ordusu hücumun hədəfi olaraq HƏMAS yaraqlılarını göstərir. İsrail həlak olanların sayı ilə bağlı açıqlama verməyib.

Fevralın 9-da İsrailin Baş naziri Benyamin Netanyahu Rəfahda hərbi əməliyyata başlamaq planlarını açıqlayıb. İlk zərbələr bu gecə, fevralın 12-də həyata keçirilib. Eyni zamanda, hücumun yeni mərhələsi başlamazdan əvvəl baş nazir şəhər sakinlərinin təxliyyəsini təmin edəcəyinə söz verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var – Foto

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

Ən çox oxunanalar