Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qisas” əməliyyatı - Üçtərəfli bəyanatın yerinə yetirilməyən maddələri yaxın zamanda reallaşacaq?

Hərbi-ekspert: “Antiterror əməliyyatının davam etməsi Azərbaycandan asılı deyil. Bu, daha çox Ermənistan tərəfinin davranışlarından asılı olacaq”.

Azərbaycan ərazi bütövlüyünü təmin etmək və Ermənistanı birgə bəyanatın şərtlərini yerinə yetirməyə məcbur etmək üçün cəzalandırma əməliyyatını keçirməyə məcbur oldu”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Azərbaycan Ordusunun dünən keçirdiyi “Qisas” əməliyyatlarını PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı keçirdiyi antiterror əməliyyatı keçirdi. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü.

Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq...

Bəs Qarabağdakı ermənilər bundan sonrakı mərhələdə daha “ağıllı” davranacaqlar və Üçtərəfli Bəyanatın yerinə yetirilməyən maddələri yaxın zamanda reallaşacaq? Xüsusən erməni silahlılarının tərksilah edilməsi və “Zəngəzur dəhlizi”nin yaxın zamanda reallaşmasını mümkün hesab etmək olar?

Ermənistan-Azərbaycan münasibətlərinin bundan sonrakı mərhələsini PİA.az-ın əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: ““Zəngəzur dəhlizi”nin nə zaman və necə reallaşması Ermənistan tərəfinin davranışından asılı olacaq”.

Siyasi diplomatik üsulların nəticə vermədiyini, əksinə bizim əsgərin həyatına qəsd olunduğunu xatırladan hərbi-ekspert PİA.az-a bildirib ki, bu ermənilərin yol verdiyi və Azərbaycan tərəfindən heç vaxt bağışlanmayacaq bir səhv idi:

“Antiterror əməliyyatı müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan Qarabağ ərazilərində yerləşən erməni silahlılarının dəfələrlə müxtəlif vaxtlarda atəşkəsi pozması və nəhayət, dünən Azərbaycan əsgərinin şəhid olmasından sonra keçirildi. Artıq kifayət qədər düşmənin canlı qüvvəsi, texnikası, sığıncaqları və kazarması məhv edilib.

Görünən odur ki, Ermənistan artıq ən qısa zamanda Qarabağdakı qoşunlarının bir hissəsini çıxarmağa çalışacaq. Başqa sözlə desək, Azərbaycan ərazi bütövlüyünü təmin etmək və Ermənistanı birgə bəyanatın şərtlərini yerinə yetirməyə məcbur etmək üçün cəzalandırma əməliyyatını keçirməyə məcbur oldu. Siyasi diplomatik üsullar nəticə vermədi, əksinə bizim əsgərin həyatına qəsd olundu. Şəhid verdik. Təbii ki, bu ermənilərin yol verdiyi və Azərbaycan tərəfindən heç vaxt bağışlanmayacaq bir səhv idi. Bunun da bədəlini erməni silahlıları və onları Qarabağdan çıxarmalı olan Rusiya sülhməramlıları Ermənistanın siyasi rəhbərliyi ilə bərabər çox ağır şəkildə ödəyəcək.

Yaxın perspektivdə isə ordumuz nəzarətinə keçirdiyi Sarıbaba və Qırxqız yüksəkliklərindən qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən çıxarılmasında istifadə olunacaq. Antiterror əməliyyatının davam etməsi isə Azərbaycandan asılı deyil. Bu, daha çox Ermənistan tərəfinin davranışlarından asılı olacaq.

“Zəngəzur dəhlizi”nə gəlincə isə, bu dəhliz geci-tezi onsuz da reallaşacaq. Amma nə zaman və necə reallaşması da Ermənistan tərəfinin davranışından asılı olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Qıcqırmış salat, gömgöy kəsmik.. - "Araz"da vaxtı keçmiş məhsullar satılır

Tatamiyə damğa vuran zəfər: Azərbaycan cüdoçularından tarixi nəticə

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar