Bazar, 26 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbin bir illik sanksiyalarından sonra rusların həyatı çox dəyişməyib…

Hazırda Rusiya iqtisadiyyatı beynəlxalq iqtisadçıların və analitiklərin müxtəlif proqnoz və gözləntilərinin əksinə olaraq özünü xeyli yaxşı hiss edir…

Qərb ölkələrinin tətbiq etdiyi geniş sanksiyalara baxmayaraq, sadə vətəndaşların həyatı o qədər də dəyişməyib.

Poliqon.info xəbər verir ki, bu barədə The Independent nəşrinin köşə yazarı Devid Makhyu yazıb.

“Qərbin sanksiyaları Rusiya banklarına, zəngin insanlara və texnologiya idxalına zərbə vurub. Lakin Moskvanın hərbi gücünü zəiflətməyə yönəlmiş bir illik genişmiqyaslı məhdudiyyətlərdən sonra adi rusların iqtisadi həyatı 2022-ci ilin fevralından əvvəlkindən çox da fərqlənmir”, deyə müəllif yazır.

Məqalədə göstərilir ki, Rusiyanın nisbətən yaxşı iqtisadi vəziyyəti var və ölkədə kütləvi işsizlik problemi yoxdur. Milli valyutanın kəskin ucuzlaşmaması fonunda Rusiya iqtisadiyyatı stabil görünür. Bir sıra xarici istehsalçıların ölkəni tərk etməsinə baxmayaraq, Rusiyanın daxili bazarında beynəlxalq brendlərin mövcudluğu davam edir.

“Supermarketdə çeşid çox dəyişməyib, beynəlxalq brendlər hələ də mövcuddur və ya yerli əvəzedicilərlə əvəz olunur. Ola bilsin ki, Moskvanın bəzi ticarət mərkəzlərində izdiham azalıb, amma bu elə də nəzərə çarpan deyil. McDonald's və Starbucks kimi bəzi xarici şirkətlərin xidmətlərini isə faktiki olaraq eyni menyuya müxtəlif adlar əlavə edən yerli sahibkarlar tərəfindən ələ keçirilib”, deyə məqalədə bildirilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Limonu 4 yerə bölüb otağınıza qoyun: Həyatınızı xilas edəcək

Yevgeni Fyodorov-"Vəziyyəti qızışdıran İrəvan deyil"

Bu dəfə dəfn mərasiminə gedən müğənnilərə söz atdı

Azərbaycanın neçə Milli Qəhrəmanı var, kimlər sağdır? - Siyahı

Türkiyə millisi İrəvanda Ermənistana qalib gəldi - Video

Bakıyadək 50-60 dəfə qaydanı pozdu, öz qolunu dişlədi

Xankəndidə aktivlik artdı: yeni mübarizə başlayır?

İlham Əliyev 1 həftə əvvəl xəbərdarlıq etmişdi - Ordumuz hərəkətə keçdi: Yollar nəzarətə götürüldü

Azərbaycanlı milyarderin müharibə haqda səs yazısı yayılıb – Video

Ermənistanda azarkeşlər Türkiyənin himnini fitə basıb

Ən çox oxunanalar