Şənbə, 23 Sentyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazinin çənəsini sındıran idmançı saxlanıldı - Yenilənib + Video + Foto

Nazirlik işçisini vuran R.Nəbizadə saxlanılıb.

Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, R. Nəbizadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub.

***

“Vətəndaş R.Nəbizadənin Vətən müharibəsi qazisi N.Babayevi  vuraraq xəsarət yetirməsi ilə bağlı polis orqanında araşdırma aparılır”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. 

O bildirib ki, sosial şəbəkələrdə tibb məntəqəsində qeydə alınmış münaqişənin görüntüləri ilə bağlı daxil olan məlumat əsasında araşdırma başladılıb və N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb:

“Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir”.

***

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb.

Poliqon.info xəbər verir ki, bu barədə məlumatı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Tural Qurbanov paylaşıb.

Məlumatda qeyd edilib ki, döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün Komissiyaya gəlmiş Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib.

“Burada səs-küy salaraq iş ahəngini pozan, əməkdaşlara qarşı kobud hərəkətlər edən Rəvan Nəbizadə eyni zamanda vətəndaşlar üçün nəzərdə tutulan yerdə deyil, əməkdaşa məxsus oturacaqda əyləşib.

Qazi əməkdaşımız, 44 günlük Vətən müharibəsində yaralandığı üçün II dərəcə əlilliyi müəyyən olunmuş baş təlimatçı Namiq Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq müvafiq izahat verdiyi zaman Rəvan Nəbizadə qəfil hücum çəkərək ona yumruq zərbələri vuraraq, ağır bədən xəsarəti yetirib.

Nəticədə əməkdaşımız Namiq Babayevin çənə sümüyü 2 yerdən sınaraq, dişləri qırılıb və hazırda tibb müəssisəsində müalicə olunur, əməliyyat olunacaq.

Vətəndaş Rəvan Nəbizadənin qanunazidd əməllərinin qiymətləndirilməsi üçün hüquq mühafizə orqanına müraciət edilib”, - deyə T.Qurbanov qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kılıcdaroğluna ciddi sual: “Qarabağla bağlı niyə susursunuz?”

Azərbaycanın Qarabağdakı erməni sakinlərinə göndərdiyi ərzaq yükü Xankəndiyə çatdırılıb və avtomobil geri dönüb - Yenilənib

BQXK-nın Xocavənddən Xankəndiyə apardığı yaralı erməni silahlılarının sayı bəlli oldu - Yenilənib, Video

Lokal antiterror tədbirlərindən real görüntülər - Video

Mask türkcə bilən işçi axtarır - Gündəlik maaş...

72 şəhid nəşinin içindən oğlu tapılan ana - Video

FHN Qarabağın erməniəsilli əhalisi üçün çadırlar qurub - Fotolar

“Surət Hüseynov Milli Qəhrəman adını şantaj yolu ilə almışdı”

Ağdərədən çıxan ermənilər yolu minalayıb - Foto

Ən çox oxunanalar