Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağdakı separatçılar rasist bəyanatlarla vəziyyəti gərginləşdirir

Xəbər verildiyi kimi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yüklərin iki istiqamətdən çatdırılmasına dair razılıq əldə olunub...

APA-nın məlumatına görə, Qarabağdakı separatçı rejim açıqlama yayaraq "Azərbaycan dövlət nömrə nişanlı yük maşınları ilə Azərbaycan istehsalı heç bir məhsulu qəbul etməyəcəklərini bəyan ediblər".

Guya Xankəndidə "humanitar böhran"ın yaşandığını iddia edən və bunu dünyaya car çəkən ermənilərin "Azərbaycan istehsalı heç bir məhsulu qəbul etməyəcəklərini bəyan etmələri" daha bir rasizm nümunəsidir.

Əgər həqiqətən də humanitar yardıma ehtiyac varsa, məhsulun harada istehsal edilməsinin heç bir əhəmiyyəti olmamalıdır.

Bu davranışları ilə separatçılar vəziyyəti daha da gərginləşdirmək istəyirlər.

Xatırladaq ki, BQXK-nın Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Laçın dəhlizi ilə yanaşı, Ağdam - Xankəndi yolları vasitəsilə çatdırılmasına dair razılıq əldə olunub.

Həmçinin əlavə olunub ki, yüklər BQXK-nın maşınları ilə daşınacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var

Ən çox oxunanalar