Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 3 vətəndaşı aldadaraq 43 min manatını mənimsəyən şəxs saxlanılıb

Yaxın qohumlarının müalicəsinə təcili pul lazım olması adı ilə yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsi ilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir...

DİN-dən Poliqon-a verilən xəbərə gör, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı qeyd edilən qanunsuz əməllərin daha bir iştirakçısı - paytaxt sakini 1978-ci il təvəllüdlü Serqey Karnauxov saxlanılıb.

Müəyyən edilib ki, S.Karnauxov “Telegram” sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin ona göndərdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib. Qeyd olunan hüquqazidd əməllər nəticəsində S.Karnauxov 28.000, 9.000 və 6.000 manat olmaqla ümumilikdə 3 vətəndaşa 43.000 manat maddi ziyan vurub. Saxlanılan şəxs pul vəsaitlərini əldə edəndən sonra “Telegram”da əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. S.Karnauxov bu qanunsuz əməllərin qarşılığında əldə etdiyi məbləğin bir qismini özünə götürüb. Araşdırma zamanı onun paytaxtın Nəsimi rayonunda da analoji əməllər etdiyi müəyyən edilib.

Faktlarla bağlı Sabunçu RPİ-nin 13-cü PŞ-də araşdırmalar davam etdirilir.

Qeyd olunanları nəzərə alaraq bir daha vurğulayırıq ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ən çox oxunanalar