Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qafqaz: Qarabağın bərpası və qonşular arasındakı münasibətlər

Müəllif: Sebastyan Bussua

Qafqazda müharibə başa çatıb. Bundan sonra sülh yaradılmalıdır. Tərəflər arasında atəşkəz bəyannaməsinin imzalanmasından 3 ay keçir. İndi Azərbaycan Ermənistanla əlaqələrin normallaşdırılması, Qarabağın yenidən qurulması, eləcə də  bir milyon qaçqın və məcburi köçkünün doğma yurdlarına qayıtması istiqamətində çalışır.

Vəziyyət mürəkkəbdir. Çünki ermənilər 27 il işğalda saxladıqları ərazilərdə xüsusən infrastruktur baxımından inkişaf üçün heç bir addım atmayıb. Odur ki, hər şeyə sıfırdan başlamaq lazımdır. İlk növbədə ərazilər minalardan təmizlənməli, yalnız bundan sonra tikinti işlərinə başlanılmalıdır. Bu, həm də çoxmədəniyyətli bölgə olan Qarabağı Azərbaycan üçün qorunan təbii zonaya, turizm məkanına çevirmək baxımından misilsiz fürsət olacaq.

Beləliklə, minlərlə insanın həyatına son qoymuş müharibədən sonra artıq gələcəyə baxmaq, Qarabağı sülh, firavanlıq, müasirlik bölgəsinə çevirməyin yolları haqda düşünmək lazımdır. Qarabağ torpağından hələ 1992-1994-cü illərdə qovulmuş 800 min azərbaycanlı hələ də doğma yurdlarından uzaqdadırlar. Bu gün onlar bu torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunu tez bir zamanda gerçəkləşdirmək mümkün deyil. Bunun üçün zamana ehtiyac var. Bakı ilə Yerevan arasında noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanmış, bizim “sülh” kimi təqdim etdiyimiz müqavilə ilə bağlı iki məqamı bir-birindən ayıra bilməliyik: biri var kağız üzərindəki sülh, biri də var insanlar arasında qurulan.

Bir sözlə, indi insanların beyninə davamlı barışıq, cəmiyyətlər arasında sülh düşüncəsi hopdurulmalıdır. Bu isə siyasətçilərin işidir. Bəs tərəflər bunu istəyəcəkmi? Bu, sual doğurur.

Azərbaycan gərginliyi azaltmağa, ölkənin ermənilərlə, o cümlədən Qarabağda qalan ermənilərlə münasibəti yumşaltmağa çağırır. Bu da öz növbəsində, Azərbaycandakı mədəni və etnik müxtəlifliyin daha bir əksidir. O, bu qədim irsi, ənənəni qoruyub saxlamaq niyyətindədir. Hakimiyyət orqanlarının fəaliyyəti ermənilərin ölkədəki digər azlıqlar kimi qəbul edilməsinə hesablanıb. Üstəlik, SSRİ dövründə bu iki icma arasında əlaqələr çox yaxşı olub...

İndi çoxları düşünür ki, bu, zamanla həll olunacaq. Bəs Ermənistanda da vəziyyət eynidirmi?

Hakimiyyətə revanşist qüvvələrin gəlməyəcəyi, bununla da ötən ilin noyabrında imzalanmış razılaşmanı pozacaq amansız siyasi dönüşün baş verməyəcəyi, yaxud millətçi sinfin qisas hissinin artmayacağı halda belə (buna ümid edirik), ermənilərin vəziyyəti qəbul etməsi üçün hələ çox illər lazım gələcək.

Azərbaycan tərəfinin də uzun illərə ehtiyacı var. Amma geri qaytarılmış əraziləri minalardan təmizləmək, yenidən qurmaq, orada infrastruktur yaratmaq, yaşayış evləri tikmək, əhalini geri qaytarmaq, bölgəni qonaqpərvər diyara, turizm, kurort zonasına çevirmək üçün. Bu gün geri qayıdacaq qaçqınların evlərini yenidən qura bilməsi, üstəlik, bunun kor-koranə deyil, qanuni şəkildə etməsi üçün həqiqi dövlət dəstəyinə ehtiyac var. Qarabağ onsuz da hər şeydən əvvəl təbii cənnətdir və onu qorumaq lazımdır. O, nədən sülh rəmzi kimi qorunan böyük təbiət qoruğuna çevrilməsin?

Daha bir vacib məqam Qarabağla yanaşı, Azərbaycanın əsas hissəsindən ayrı olan Naxçıvan bölgəsinin milli və regional dinamikaya reinteqrasiyasıdır. Ölkənin cənub-qərbindəki Zəngilan rayonundan başlayacaq, Azərbaycanın əsas hissəsini Naxçıvanla onilliklər sonra İran ərazisindən keçmədən birləşdirəcək dəhlizin əsas məqsədi də bu olmalıdır. Bu, Azərbaycanın qlobal İpək Yolu layihəsində daha da dərindən iştirak etməsinə də yol açacaq. Buna isə Ermənistanın özünün də ehtiyacı var – bu, onun iqtisadiyyatını canlandıracaq. Hər halda, regional iqtisadi əməkdaşlıq təkcə Azərbaycanın xeyrinə deyil. O, Ermənistana da kömək edəcək, onun məğlub kimi getdikcə daha da yoxsullaşmasının qarşısını alacaq.

Hər halda, iki ölkə arasında davamlı sülhün qurulması iqtisadiyyatdan da asılıdır. Odur ki, uzun müddət müharibə şəraitində olmuş bu iki ölkənin qarşılıqlı məyusluq hissinin artmaması üçün iqtisadi məsələlərdə bir araya gəlmələri lazımdır. Bu gün Azərbaycan Qafqazın “kiçik əjdaha”sına çevrilibsə, Ermənistan bölgənin yoxsul, təcrid olunmuş ölkəsidir. Onların arasında qarşılıqlı əlaqələr dinamik inkişaf edərsə və Ermənistan bundan faydalanarsa (Ermənistan “daşı-daş üstünə qoymadığı”, investisiya yatırmadığı, əksinə, tamamilə dağıtdığı Qarabağı onsuz da itirib), sülh davam edə bilər. Azərbaycan regiona dinamiklik gətirmək, Qarabağı bölgənin nadir cəlbedici turizm, iqtisadi və mədəni istiqamətinə çevirmək iqtidarındadır. Bu isə hamının xeyrinədir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)
 
Mənbə: Journal Général de l’Europe

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Zakir Həsənov generalları topladı, döyüş hazırlığı ilə bağlı tapşırıq verdi

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

Ən çox oxunanalar