Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin xəstəliyi ilə bağlı yeni iddia - "Əməliyyat olunacaq"

Rusiya və Ukrayna arasında müharibə davam edərkən Rusiya lideri Vladimir Putinlə bağlı yeni iddia irəli sürülüb.

PİA.az xəbər verir ki, xarici kəşfiyyat məlumatlarının paylaşıldığı “General SVR” teleqram kanalında yayılan məlumata görə, xərçəng xəstəliyindən əziyyət çəkən Putin əməliyyat olunacaq.

Son zamanlar yayılan görüntülərdə müvazinətini saxlamaqda çətinlik çəkən 69 yaşlı Putinin xərçəngin müalicəsi üçün tezliklə bıçaq altına yatacağı və bir müddət olmayacağı iddia edilir.

Bildirilir ki, Putin Ukraynaya müdaxiləyə tam nəzarəti Rusiya Təhlükəsizlik Şurasının katibi və keçmiş DTK rəsmisi Nikolay Platonoviç Patruşevə verəcək.

18 ay əvvəl də parkinson xəstəliyindən əziyyət çəkdiyi deyilən Putin hələ aprelin 2-ci yarısında əməliyyat olunmalı imiş. Ancaq Ukraynadakı hərbi əməliyyatlar səbəbindən Putin əməliyyat olunmağa razılıq verməyib. (Qafqazinfo)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

Ən çox oxunanalar