Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin vasitəçiliyinin Moskva fiaskosu və Emənistanın Rusiya ilə ayrılan yolları...

Qabil Hüseynli: Paşinyan əvvəlcədən demişdi ki, Moskva görüşü uğurlu olmayacaq...

“Paşinyan Moskvadan aralanmağı qarşısına məqsəd qoyub. Bunun üçünsə Azərbaycan və Türkiyə ilə tez bir zamanda sülh əldə etməsi vacibdir”.

Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü oldu. Bu görüş cəmi 20 dəqiqə çəkdi və görüşdən sonra heç bir açıqlama da verilmədi.

Moskva görüşünün nəticələri ilə bağlı Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müsahibə edib.

Qabil Hüseynli: “Rusiya nəyinki vasitəçi ola bilər, ümumiyyətlə, Rusiyanın özündən kənar hər hansı bir prosesə qatılmaması beynəlxalq münasibətlərə daha çox xeyir verər”.

Poliqon dünən Moskvada baş tutan üçtərəfli görüşlə bağlı Qabil Hüseynli ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Qabil müəllim, görüşün bu qədər qısa sürməsi və açıqlama verilməməsi nədən xəbər verir və demək olarmı ki, Moskva görüşü alınmadı?

- Onsuz da, əvvəlcədən görünürdü ki, Moskva görüşü alınmayacaq. Çünki Moskva bölgə hadisələrinin həll edilməsi məsələsinə tərəflərin maraqları nöqteyi-nəzərindən yox, öz nöqteyi-nəzərindən baxır. İş o yerə çatdı ki, Moskva görüşü ərəfəsində Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdı, Qarabağı Azərbaycanın tərkib hissəsi elan etdi.

Amma Rusiyanın xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova idda etdi ki, bu məsələyə dair Rusiyanın Paşinyandan fərqli mövqeyi var. Sözün həqiqi mənasında bu ən azından təxribatçı bir yanaşmadır və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması vasitəçi olaarq çıxış edən Rusiyanın məsələsi deyil. Bu da onu göstərdi ki, Moskva qətiyyən sülh istəmir və iddia etdiyinin əksinə olaraq Qarabağ probleminin həllində qətiyyən maraqlı deyil.

Eyni zamanda Rusiyanın kütləvi informasiya vasitələrinə baxanda və onları Ermənistan kütləvi informasiya vasitələri, xüsusilə revanşist erməni mətbuatı ilə müqayisə edəndə onların Paşinyana münasibətdə heç bir fərq görmürsən. Hər iki mətbuat eyni dərəcədə Paşinyanın Qarabağı satdığını və buna görə onun edama layiq olduğu iddia edirlər. Bu da dəhşətli faktdır.

Qabil Hüseynli: “Rusiya mətbuatında Qarabağın Cənubi Osetiya ilə müqayisə edilməsi, məsələyə bu cür yanaşılması adamda vahimə doğurur”.

Deməli, Rusiya nəyinki vasitəçi ola bilər, ümumiyyətlə, Rusiya özündən kənar hər hansı bir prosesə qatılmaması beynəlxalq münasibətlərə daha çox xeyir verər. Moskva hansısa məsələyə qatıldıqda hər şey baş-ayaq olur, hər şey öz inkişaf istiqamətini itirir. Həmçinin ortalığa yeni-yeni problemlər çıxır.

Onu da qeyd edim ki, Rusiya mətbuatında Qarabağın Cənubi Osetiya ilə müqayisə edilməsi, məsələyə bu cür yanaşılması adamda vahimə doğurur. Rusiyada bu nə fikir, nə təxəyyül, nə yanaşma olduğunu başa düşə bilmirsən. Moskva rahat ola bilmir.

Onlar heç olmasa, Ukraynadakı məğlubiyyətlərindən ibrət dərsi götürməlidirlər. Amma rusların ibrət götürməsi alınmır ki, alınmır. Buna görə də yaxşı oldu ki, Moskvada hər şey belə başa çatdı və yəqin ki, bundan sonra Moskva vasitəçi kimi öz nüfuzunu tamamilə itirəcək.

Qabil Hüseynli: “Ermənistanın Baş naziri belə hərəkət etməklə, Qərbin vasitəçilik missiyasını qəbul etdiyini sübut etdi”.

- Dünən görüş başlamazdan əvvəl Rusiya mətbuatında belə bir məlumat getdi ki, Paşinyan Rusiyanın vasitəçiliyindən imtina edəcək. Çünki artıq Əliyev və Putin Qarabağ məsələsində razılığa gələ biliblər. Paşinyanın üçtərəfli görüşdən əvvəl mübahisə yaratması və görüşün bu qədər qısa çəkməsi onu deməyə əsas verirmi ki, Paşinyan Moskva görüşünün fiaskoya uğramasında birbaşa maraqlı olub və bunda birbaşa iştirak edib?

- Paşinyan əvvəlcədən demişdi ki, Moskva görüşü uğurlu olmayacaq və orada sülh müqaviləsi imzalanmayacaq. Ermənistanın Baş naziri belə hərəkət etməklə də, Qərbin vasitəçilik missiyasını qəbul etdiyini sübut etdi.

Eyni zamanda Paşinyan bununla göstərdi ki, nə qədər ki, o, Baş nazirdir, Rusiya ilə Ermənistanın əlaqələri normallaşa bilməyəcək. Bunu əvəzinə Ermənistan Qərbə doğru inteqrasiyası xəttini daha surətlə inkişaf etdirəcək.

Qabil Hüseynli: “Paşinyanın son açıqlamaları da göstərir ki, o, Azərbaycanla sülh müqaviləsinin tez bir zamanda bağlanmasını istəyir və bunu Ermənistanın xilası olaraq görür”.

- Qabil müəllim, Əliyev və Paşinyanın iyunun 1-də Kişinyovda Aİ, Fransa və Almaniya liderlərinin vasitəçiliyi ilə görüşü gözlənilir. Bu görüşün də fiaskoya uğramasına ehtimal verirsinizmi?

- Kişinyov görüşünün baş tutmaması, yaxud uğur qazanmaması üçün hər hansı bir səbəb yoxdur. Hesab edirəm ki, bu görüş daha məhsuldar olacaq və biz bu görüşdə sülhə daha çox yaxınlaşmanı görəcəyik. Moskva görüşünün bütün təfərrüatını öyrənəndən sonra Kişinyov görüşünə daha ciddi münasibət bəsləmək gərəkəcək. Yəni mən Kişinyov görüşdən də müəyyən irəliləyişlərin olacağı qənaətindəyəm.

Paşinyanın son açıqlamaları da göstərir ki, o, Azərbaycanla sülh müqaviləsinin tez bir zamanda bağlanmasını istəyir və bunu Ermənistanın xilası olaraq görür. Bu doğru yoldur və dünənki görüş də göstərdi ki, Paşinyan Moskvadan aralanmağı qarşısına məqsəd qoyub. Bunun üçünsə Azərbaycan və Türkiyə ilə tez bir zamanda sülh əldə etməsi vacibdir.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar