Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin sirli dondurmasatanı yoxa çıxdı – “Görəsən rütbəsi nədir?”

Putinə dondurma satan sirli satıcı “yoxa çıxıb”

Moskva ətrafındakı Jukovsk aeroportunda təşkil olunan Beynəlxalq aviakosmik salonunda (MAKS) artıq ikinci dəfədir ki, prezident Vladimir Putinə dondurma satan sirli satıcı “yoxa çıxıb”.

Virtualaz.org xəbər verir ki, Putinin MAKS-2019 sərgisi zamanı onu müşaiyət edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və digər rəsmilərə dondurma alıb verdiyi satıcını axtarmağa “Moskovskiy komsomolets” qəzetinin jurnalistləri yollanıb. Lakin onlar nə dondurma satan qızın özünü, nə onun dondurma satdığı köşkə oxşar köşkü orada tapa bilməyiblər. Hətta məlum olub ki, Putinin aldığı dondurmanın markasından da bu ərazidə satılmır.

Xatırladaq ki, Putin MAKS-2019 sərgisi zamanı Türkiyə prezidentinə və özünə, habelə daha bir neçə rəsmi şəxsə “Korovki iz Korenovki” markalı plombir alıb. O, satıcı qıza 5 min rubl verib və qalıq istəməyib.

Jurnalistlər ertəsi gün belə faktı aşkar ediblər ki, həmin satıcı qız iki il əvvəl, MAKS-2017 sərgisi zamanı da “təsadüfən” Putinə dondurma satıb. Özü də eyni markadan. Bu detal dondurmasatanın əslində xüsusi xidmət orqanlarının əməkdaşı olduğu haqda ehtimallar yaradıb. Məsələ sosial şəbəkədə geniş müzakirə olunub, istifadəçilərdən biri yazıb: “Görəsən dondurmasatanın rütbəsi nədir?”

Jurnalistlər Putinin və Ərdoğanın Jukovska səfərinin ertəsi günü ora yollanıblar. Onlar Çin pavilyonu ilə “Roskosmos”un stendi arasında dayanıb dondurma satan qızı axtarıblar. Amma məlum olub ki, nə satıcı qız var, nə də onun dondurma satdığı təkərli köşk. Üstəlik məlum olub ki, MAKS ərazisində ümumiyyətlə belə köşklər qoyulmayıb. Doğrudur, sərgi keçirilən ərazidə dondurma satanlar var, amma onlar tamam fərqli forma geyiniblər. Və Putinin aldığı, Volqoqrad kombinatında istehsal edilən həmin dondurmadan heç kim satmır.

Dondurmasatanlar bir ağızdan deyiblər ki, Putinə dondurma satan həmin qızı heç kim tanımır. “Prezidentləri Federal Mühafizə Xidmətindən 50-70 adam müşaiyət edirdi. Və birdən onların arasında təkərli dondurma köşkü peyda olur. Sonra isə izsiz-soraqsız itir”,-qəzet yazır. Əlavə edir ki, mühafizə xidməti Putinə küçədən yoxlanılmamış hansısa ərzağı dadmağa icazə verməzdi.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

Valideynlərə şad xəbər: Məktəbli formaları ucuzlaşdı

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Ən çox oxunanalar