Çərşənbə axşamı, 11 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin sərvəti açıqlandı

Rusiya martda keçiriləcək seçkilərə hazırlaşarkən ölkə prezidenti Vladimir Putinin var-dövləti ictimaiyyətə açıqlanıb...

"Unikal" xəbər verir ki, o, martda keçiriləcək prezident seçkilərində müstəqil namizəd olan Rusiya prezidenti Vladimir Putinin aktivlərini açıqlayıb.

Rusiya Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, Putinin Sankt-Peterburqda 78 kvadratmetrlik mənzili və həmin şəhərdə 18 kvadratmetrlik qarajı var.

Putinin 1960 model GAZ M21, 1965 model GAZ M21 və 2009 model Niva markalı avtomobilləri də olduğu halda, Rusiya liderinin 10 müxtəlif bank hesabında cəmi 54,4 milyon rubl (təxminən 606 min dollar) var.

St. Sankt-Peterburq Bankında da 230 səhm sahibi olan Putin, 2018-ci ildən başlayan prezidentlik dövrünü əhatə etməklə, son 6 ildə 67 milyon rubldan çox gəlir əldə edib.

Ölkənin Federasiya Şurası 2023-cü ilin dekabrında prezident seçkilərinin 2024-cü il martın 15-17-də keçirilməsi barədə qərar qəbul edib.

Putinin namizədliyi dünən Rusiya Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib.

Müstəqil namizəd kimi seçki yarışına qatılacaq Putini seçki kampaniyasında Rusiya parlamentinin aşağı palatası Dumadakı "Vahid Rusiya” Partiyası dəstəkləyəcək.

Rusiyada əvvəlki prezident seçkiləri 2018-ci il martın 18-də keçirilib və Putin 76,69 faiz səslə prezident seçilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN əməkdaşı sükan arxasında olan iş yoldaşını güllələdi

Özəlləşdirmə çekləri ilə bağlı deputatlara, YAP funksionerlərinə və ziyalılara müraciət

Bakıda "Badam" klinikasında çalışan həkim sinə əməliyyatı etdiyi qadınla münasibətdə oldu

Yevlaxda toy mərasimində gənc oğlan qətlə yetirilib - Təfərrüat, Yenilənib

Fransada növbədənkənar seçkilər - Makron bu sınaqdan sağ çıxacaqmı?

İranda prezidentliyə 6 namizəd... - Kim daha şanslı görünür?

Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub - Yenilənib

Dövlət xidmətinin vəzifəli şəxsləri barəsində cinayət işi açıldı

7 min illik möcüzə: evdə hazırlaya biləcəyiniz ən sağlam içki

Azərbaycan vətəndaşları dünyanın 72 ölkəsinə vizasız gedə bilərlər

Ən çox oxunanalar