Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Minsk Qrupu Ermənistanın hansı işinə yarayır?

Alen Simonyan deyib ki, ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra buraxıla bilər...

Politoloq: “İndiki reallıqlarda ATƏT-in Minsk Qrupu haqqında danışmaq tarixə qayıtmaq, işğal dövrünü canlandırmaq mahiyyəti daşıyır”.

“Vətən müharibəsindən sonra tamamilə yeni danışıqlar formatı meydana gəldi. Ardınca AzərbaycanErmənistan arasında birbaşa dialoq formalaşdırıldı. Bu dialoq mühitinin yaxşı nəticələri də mövcuddur və bu Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ehtimalını gücləndirir”.

Bu sözləri politoloq İlyas Hüseynov Ermənistan parlamentinin sədri Alen Simonyanın Minsk Qrupu haqqındakı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyevin TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə “Ermənistan tərəfinə təklif etmişik ki, AzərbaycanErmənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin” çağırışına bir gün sonra Ermənistan parlamentinin sədri Alen Simonyandan cavab gəldi. Baş nazir Nikol Paşinyanın faktiki sözçüsü rolunda çıxış edən Alen Simonyan deyib ki, “ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra buraxıla bilər”.

Onsuz da, artıq tarixin zibil qutusuna atılan Minsk qrupu Ermənistanın hansı işinə yarayır?

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Təssüflər olsun ki, beynəlxalq münasibətlər sistemində köhnədən qalma hələ də müxtəlif mexanizmlər saxlanılır ki, yenidən ona müraciət olunsun, yeni formatda ona ehtiyac olsun”.

Qarabağla bağlı köhnə formatların hamısından imtina etməyin lazım olduğunu düşünən politoloq Poliqon-a bildirib ki, yeni geosiyasi realıqlar yeni şərtləri diqtə edir:

“Cənab prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə çox mühüm məsələrə toxundu. Ermənistanda revanşizm ideyaları, konstitusiya dəyişikliyi, ATƏT-in Minsk Qrupunun buraxılması kimi məsələlərə diqqət çəkdi. Şübhəsiz ki, bu məsələlər AzərbaycanErmənistan arasında sülh gündəliyində mövcud olan aktual məsələlərdir.

Eyni zamanda sülh, təhlükəsizlik, sabitlik yolunda bir sıra hallarda mane törədən amillər də mövcuddur. Bu amillərdən biri də ATƏT-in Minsk Qrupudur. Vətən müharibəsindən sonra tamamilə yeni danışıqlar formatı meydana gəldi. Ardınca AzərbaycanErmənistan arasında birbaşa dialoq formalaşdırıldı. Bu dialoq mühitinin yaxşı nəticələri də mövcuddur və bu Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ehtimalını gücləndirir.

Ona görə də düşünürəm ki, Qarabağla bağlı köhnə formatların hamısından imtina etmək lazımdır. Çünki yeni geosiyasi realıqlar, yeni şərtləri diqtə edir. ATƏT-in Minsk Qrupu AzərbaycanErmənistanın müraciəti əsasında buraxıla bilər və cınab prezidenin də qeyd etdiyi kimi. Bu artıq zərurətdir. Təssüflər olsun ki, beynəlxalq münasibətlər sistemində köhnədən qalma hələ də müxtəlif mexanizmlər saxlanılır ki, yenidən ona müraciət olunsun, yeni formatda ona ehtiyac olsun. Bu formatların dirildilməsi üçün müxtəlif baxışlar da sərgilənməkdədir.

İlyas Hüseynov: “Konstitusiya dəyişikliyi də, Minsk Qrupunun buraxılması da sülh müqaviləsinə qədər həyata keçirilməlidir”.

Azərbaycan da bunu qəbul etmir və razılaşmır. Çünki Minsk Qrupunun sayəsində heç bir praktiki addımlar atılmadı, heç bir torpaqlarımız işğaldan azad olunmadı, heç bir BMT qətnaməsi icra edilmədi. Bütün bunlar Azərbaycanın hərbi-siyasi gücü hesabına həyata keçirildi. İndiki reallıqlarda ATƏT-in Minsk Qrupu haqqında danışmaq tarixə qayıtmaq, işğal dövrünü canlandırmaq mahiyyəti daşıyır. İşğal faktı aradan qaldırıldığı, yeni reallıqlarda Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda abadlıq, quruculuq işlərini həyata keçirdiyi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtdığı üçün Azərbaycana görə Minsk Qrupunun mövcudluğu tamamilə yolverilməzdir.

Ermənistan Parlamentinin sədri Alen Simonyan da Minsk Qrupunun sülh müqaviləsi imzalanan sonra buraxılacağını bildirib. Amma burada məsələ bundan ibarətdir ki, konstitusiya dəyişikliyi də, Minsk Qrupunun buraxılması da sülh müqaviləsinə qədər həyata keçirilməlidir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Putin ŞƏT sammitində onunla altı dəfə danışıb

Ən çox oxunanalar