Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Vardanyanın həbsindən danışıb - Yenilənib

Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı qondarma rejimin “dövlət naziri” olmuş Ruben Vardanyanın Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbsini şərh edib...

Ruben Vardanyan Rusiya vətəndaşı deyil, o, vətəndaşlıqdan imtina edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında moderator Fyodor Lukyanovun “Azərbacan rəhbərliyi çox sərt şəkildə Qarabağın keçmiş rəhbərliyini “təmizləyir”. Orada Rusiyaya yaxşı məlum olan insanlar var. Misal üçün Ruben Vardanyan. Biz Azərbaycan rəhbərliyini mərhəmət göstərməyə çağıra bilərikmi?” sualına cavabında bildirib.

“O, (Vardanyan-red.) bizim vətəndaşlıqdan imtina edib. Biz hər zaman bunu etmişik, indi də edirik. Mən telefonla Azərbaycan Prezidenti İlham Əliyevlə danışmışam. Əvvəllər də danışmışıq. O hər zaman o, məni əmin edib ki, Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi təmin olunacaq. İndi orda erməni qalmayıb, hamı gedib. Ola bilsin ki, 1000-1500 nəfər qalıb. O ki qaldı keçmiş rəhbərlərə, mən bilmirəm, detallara da varmaq istəmirəm. Anladığım qədəri ilə onları İrəvanda görmək istəmirlər. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi məlum məsələdə, Azərbaycan üçün bütün ərazi məsələləri həll olunduğu vaxtda, humanitar xarakterli mülahizələrə əsaslanacaq”, deyə Rusiya prezidenti vurğulayıb.

***

“Valday” Diskussiya Forumunda çıxış edən Vladimir Putin qeyd edib ki, Vardanyan özü Rusiya vətəndaşlığından imtina edib.

Qarabağ ermənilərinə münasibətdə isə Putin bildirib ki, əgər Ermənistan Rusiyanın müttəfiqi olaraq qalarsa, Moskva Qarabağ ermənilərinə yardımı davam etdirməyə hazırdır.

Poliqon.info


Etiket: Putin Vardanyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay