Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin qiyamdan xəbərdar olub və dəstək verib?...

“Vaqner”ə yaxın mənbə Putinin qiyamdan xəbərdar olduğunu və dəstək verdiyini bildirib...

Putin Priqojinin qiyamından xəbərdar olub və bu qiyamı Şoyqu və Gerasimovdan qurtulmaq üçün fürsət olaraq görüb.

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın nüfuzlu Telegram kanalları yazıb. İddialara görə “Vaqner” ÖHŞ ilə əlaqəli mənbə bunu dəfərlərlə Priqojinin dilindən eşitdiyini bildirib.

“Priqojin dəfələrlə deyib ki, Putin “ədalət marşı”ndan xəbərdardır və hətta Şoyqunu, Gerasimovu və Baş Qərargahın bütün pisliyini işdən çıxarmaq üçün onu dəstəkləyir”, deyə mənbə bildirib.

Priqojinin sözlərinə görə, qiyam hakimiyyətdəki korrupsionerləri təmizləmək, bütün satqınları dağıtmaq və ölkəni qələbə üçün səfərbər etmək adına prezidentə kömək etmək üçün təşkil olunub.

“Onların (Müdafiə Nazirliyi və FTX) hamısı korrupsionerdir, hamısı büdcəni oğurlayır, Putini mühasirəyə alıb, ona fəaliyyət azadlığı vermir. Biz bu kanalizasiyanı təmizləyəcəyik, Putinə kömək edəcəyik, o, bizi Moskvada gözləyir”, deyə mənbə Priqojindən sitata gətirib.

Bundan əlavə, mənbənin sözlərinə görə, Priqojin təxribatlara cavab verməməyi tələb edib, hakimiyyət və ya ordu ilə münaqişəyə girməyə cəhd edənləri güllələyəcəyinə söz verib.

“Hərçənd biz əsgərləri köməyə çağırmırıq, amma bəlkə bunu edəcəyik. Yerli hakimiyyət də bizim düşmənimiz deyil, vilayətlərdən onlar məsuliyyət daşıyırlar. Biz onlara toxunmuruq”, deyə Priqojin qiyam zamanı öz muzdlularına deyib.

Mənbə idda edib ki, Priqojin öz silahlılarından qubernatorlarla, bələdiyyə başçıları, polis, təhlükəsizlik işçiləri ilə tam təmasda olmağı əmr edib və tələb edib ki, asayiş qorunmalıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar