Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Belarusa “maskalılar” göndərib?

Ötən bazar günü Minskdə müxalifətin növbəti etiraz yürüşü zamanı aksiya iştirakçılarını tək-tək tutub xüsusi amansızlıqla döyən mülki geyimlilərdən birinin kimliyi ortaya çıxıb.

PİA.az xəbər verir ki, bu şəxs Rusiyanın Sankt-Peterburq şəhərindən olan Andrey Karpovdur. (https://www.facebook.com/adagamov/videos/3247306135386289/?t=5)

Karpovun Rusiya güc strukturlarına aidiyyatının olub-olmadığı hələ məlum deyil. Lakin müxalifət fəalları qeyd edirlər ki, o, Rusiyadan Belarus hakimiyyətinə dəstək üçün göndərilən muzdlulardan biri ola bilər. Etirazçıları döyən mülki geyimlilər maskalı olsalar da onlardan bəzilərinin sifəti obyektivlərə tuş gəlib, aksiya iştirakçıları onların maskalarını çıxara biliblər və fəallar sosial şəbəkə profilləri vasitəsilə onların kimliyini təsbit etməyə çalışıblar.

Qeyd edək ki, ötən bazar günü ilk dəfə Belarus güc strukturlarının geyimində olmayan naməlum şəxslər Minsk küçələrində etirazçıları dəyənəklərlə döyüb, onları tutaraq naməlum istiqamətə aparıb. Bu mülki geyimli, maskalı şəxslər etirazçıların qaçıb sığındığı dükanlara, kafelərə də basqın edib, qapı və pəncərələrin şüşələrini sındırıb. İndiyədək onların “Lukaşenkonun adamları” olduqları, yaxud mülki geyimli OMON-çular olduqları təxmin edilirdi.

Lakin indi maskalılardan birinin Rusiya vətəndaşı olması ciddi şübhələr yaradır ki, Kreml artıq Belarusa etirazları yatırmaq üçün xüsusi dəstələr göndərib. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Belarusa göndərilmək üçün güc strukturlarının ehtiyat qüvvələrinin yaradıldığını açıqlamışdı. Sosial şəbəkələrdə isə Belarus sərhədlərinə doğru hərəkət edən hərbi avtomobil karvanlarının görüntüləri yayılmışdı.(Virtualaz.org)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Ən çox oxunanalar