Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Psixoloqlar autizmli uşaqları döyür - Jurnalistdən dəhşətli iddia

Jurnalist Esmira Cavadova autizmli uşaqların psixoloqlar tərəfindən döyüldüyü ilə bağlı paylaşım edib.

Jurnalist bildirib ki, valideynlər bu kimi halların ictimailəşdirilməsindən yayınırlar: 

“Mən dəfələrlə autizmli uşaqların psixoloqlar tərəfindən döyüldüyünü eşitmişəm. Elə anaların öz dilindən eşitmişəm. Ancaq hər dəfə ictimailəşdirmələrini təklif edəndə, fikirləşmək üçün möhlət istəyib, sonra da fikirlərindən daşınıblar.

Bir neçə gün əvvəl yenə oxşar hadisə barədə eşitdim, hətta ana ilə Vatsap üzərindən danışdım, hər dəfə bir bəhanə ilə yayındı. Halbuki, gözünün qarşısında baş verənlərlə bağlı yazdığını oxuyanda adamın tükləri bizbiz olurdu.

Dediyinə inansaq, psixoloq uşağı ananın gözü qarşısında təpiyinin altına salıb döyüb, iş polisdədir. Ay evə çatım, zəng edəcəm, ay ərimlə məsləhətləşim, danışacam, ay polisdən çıxım, gələcəm, mənasız bəhanələrlə uşağının başına gələnləri ictimailəşdirməkdən yayındı.

Əgər həqiqətən də uşağın döyülməsini ictimailəşdirməsinə "el-aləm nə deyər" düşüncəsiylə əri mane oldusa, elə atanın özünü təpik altına salmaq lazımdır.

Autistlər xüsusi qayğıyla əhatə olunmalı uşaqlardır. Onlarla məşğul olmaq böyük səbr tələb edir, hər adamın başını soxacağı kol deyil. İş orasındadır ki, indi hər yerindən duran psixoloqluğu qazanc yeri seçib. Hərə bir yolla sertifikat əldə edib uşaqların "ömrünə oturur", çox valideynin də bundan xəbəri olmur. Xüsusi qayğıya ehtiyacı olan uşaqları heç bir halda kiminləsə tək buraxmayın”. (bakupost.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

Ən çox şikayət olunan bankların adları açıqlanıb

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı övladları, digəri qohumunun 4 yaşlı qızıdır - Yenilənin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay