Prezident İlham Əliyev Ş.H.Xanbabayevin 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilsin".
Qeyd edək ki, Şəmsəddin Xanbabayev 2004-cü ildən Xaçmaz rayonunun icra başçısıdır.(azərtac)
pia.az