Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Ərdoğandan Dünya Kuboku açıqlaması

Prezident Rəcəb Tayyib Ərdoğan Qətərdə keçirilən 2022 FIFA Dünya Çempionatının açılış mərasimindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb...

PİA.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyənin Avro-2028 və Avro-2032 üçün müraciətlərinə toxunan Ərdoğan 2022-ci il dünya çempionatında “sevimli komandası” barədə olan suallara da cavab verib.

Prezident futbol üzrə dünya çempionatının açılış mərasimini uğurla təşkil edən Qətəri təbrik edib və bir aya yaxın davam edəcək turnirdə iştirak edən bütün komandalara uğurlar arzulayıb. Turnirin idman ruhuna uyğun sülh və əmin-amanlıq şəraitində başa çatmasını arzulayan Ərdoğan 1 milyondan çox insanın iştirak etməsi gözlənilən bu beynəlxalq idman tədbirinin İslam regionunda keçirilən ilk Dünya Kuboku olduğunun önəmini də vurğulayıb.

“Bütün təhlükəsizlik qüvvələrimiz bizim üçün qürur mənbəyidir

Türkiyənin strateji tərəfdaşı olan Qətərlə əlaqələrin əla olduğunu dilə gətirən Ərdoğanın sözlərinə görə, Türkiyə Böyük Millət Məclisində qəbul edilən qərar çərçivəsində Qətərin ərazi sularında “TCG Burgazada” korveti fəaliyyət göstərərkən, “Kubok Qalxanı” əməliyyatı çərçivəsində QətərSilahlı Qüvvələr (TSK) yerləşdirilib. Həmçinin, Təhlükəsizlik Baş İdarəsinin 2242 əməkdaşı da Qətərdə işlərinə davam edir.

Ziyarət və mərasimlə əlaqədar Qətərdə təyin olunmuş şəxsi heyətin işlərini müvəffəqiyyətlə yerinə yetirdiyini də ifadə edən prezident Ərdoğan: “Burada xidmət edən, ölkəmizi və millətimizi təmsil edən bütün təhlükəsizlik işçilərimiz qürur mənbəyimizdir. Onlarla nə qədər fəxr etsək azdır”, deyə əlavə edib.

Bu münasibətlə açılış mərasimində iştirak edən dövlət başçıları və yüksək səviyyəli rəsmilərlə bir araya gəldiklərini ifadə edən Ərdoğan 2022 FIFA Dünya Kubokunun bölgəyə və bütün bəşəriyyətə örnək olacağını, gənclərə qardaşlıq və dostluq mesajları verdiyini söyləyib və güvən oyandıran bir hadisə olaraq tarixə düşməsini diləyib.

“Favoriti təyin etmək üçün ilk oyunları görmək lazımdır”

2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatında hansı ölkəni daha çox bəyəndiyi soruşulduqda isə Ərdoğan belə cavab verib:

“Bu, sadəcə, ilk oyunlardır. Buradan bir nəticə çıxarıb, kimin favorit olduğunu söyləmək asan məsələ deyil. Əvvəla, bu komandaları yaxşı tanımadığımızı desək, yerinə düşərdi. Amma elə ölkələr var ki, keçmişindən bu günə qədər həmişə bu məsələlərdə öz izini qoyub. Məsələn, Braziliya, Argentina, Uruqvay... İndi görürsünüz, bu ölkələrdə dəyişikliklər var. Yəni hazırda onların vəziyyətinin necə olduğu bəlli deyil. Ona görə də, ilk oyunlar bitdikdən sonra son duruma baxmaq lazımdır. Bundan sonra bəlkə qərar qəbul oluna bilər. Məsələn, bu axşam Ekvadoru çox bəyəndim. Güclü komandadır. Digər tərəfdən Qətər ilk dəfədir belə bir çempionatda iştirak edir. Məsələn, bu, çox güclü qrupdur. Burada Hollandiya və Seneqal var. Bunlar həmişə güclü komandalar olublar. Onlar sıradan komandalar deyil. Ona görə də, ilk matçlara baxmaq lazımdır. Ondan sonra “bu ölkə bu işi aparacaq” deyə bilərik”.

“Türkiyə artıq tələb edən deyil, tələb edilən bir ölkədir”

Türkiyənin 2028 və 2032-ci il Avropa Futbol Çempionatlarına ev sahibliyi etmək üçün müraciət etdiyini xatırladan Ərdoğan proseslə bağlı təşəbbüslər haqqında da danışıb:

“Həm 2028-ci il, həm də sonrakı illər üçün müraciət etmişik. Türkiyə olaraq, texniki gücümüz və imkanlarımızla dünyanın ən müasir və yeni stadionları ilə bu tədbirlərin ən yaxşısını təşkil edəcəyimizə şübhəmiz yoxdur. Türkiyənin təşkilatçılıq bacarığı artıq bütün dünyaya bəllidir. Ancaq bilirsiniz ki, 2023 Çempionlar Liqasının finalı da iyunda İstanbulda oynanılacaq. Türkiyə artıq bu məsələlərdə tələb edən deyil, tələb edilən bir ölkədir. Ona görə də, özümüzə güvənirik. Keçən il 200-dən çox beynəlxalq tədbir təşkil edilib. Həqiqətən də, ölkəmizdə hər cür sahəyə uyğun bir infrastruktur var. İnşallah bu, gələcəkdə də dünya futbolu üçün bir nailiyyət olacaq deyə düşünürəm”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay