Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Portuqaliya Fələstini tanımaq istəyir, amma Aİ-də konsensus gözləyir

Portuqaliya bu məsələdə Avropa İttifaqı (Aİ) ölkələri arasında konsensus əldə edildikdən sonra Fələstini suveren dövlət kimi tanımaq niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə "Lusa" Portuqaliya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat verib.

Mənbənin sözlərinə görə, hazırda Portuqaliya tərəfi konsensusa nail olmaq, eləcə də qərarın qəbuluna daha çox ölkə cəlb etmək üçün müxtəlif dövlətlərlə məsləhətləşmələr aparır.

Agentliyin həmsöhbəti vurğulayıb ki, Fələstin dövlətçiliyinin tanınması Portuqaliya üçün ciddi məsələdir.

Fələstini yalnız 9 Avropa İttifaqı ölkəsi tanıyıb. Bolqarıstan, Macarıstan, Rumıniya, Slovakiya, Cənubi Kipr, Malta, Polşa və Çexiya keçən əsrin sonunda bunu ediblər, o zaman onlar regional birliyin bir hissəsi deyildilər. İsveç də 2014-cü ildə Fələstini tanıyıb.

Ötən gün İspaniya, Norveç və İrlandiya Fələstini müstəqil dövlət kimi tanıyıb. İsrail buna cavab olaraq, həmin ölkələrdəki səfirlərini geri çağırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay