Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşaya atılan raketlərin arxasındakı sirr…

İddia: Sülh təklifindən imtina edən Putin gərginliyi ən son həddə qaldırmağı əmr edib…

Rusiya prezidenti Vladimir Putin aldığı sülh təklifinin rədd edilməsini özünəməxsus üslubda “rəsmiləşdirib.

PİA.az xəbər verir ki, bu barədə Kremldəki mənbələrə əsasən məlumat yayan “Генерал СВР” teleqram kanalı Ukraynanın enerji infrastrukturuna dünən baş verən növbəti kütləvi raket hücumu da Putinin sülh təklifini rədd etməsi iklə əlaqədardır.

Kanalın iddiasına görə Putin “sülh təklifi” ilə paralel olaraq irəli sürülən ultimatumu da rədd edib. İddiya görə Qərbdən gələn ultimatum Krımın Ukraynaya verilməsi ilə bağlı olub. Putin isə bu məslədə heç kimə güzəştə getməyəcəyini bildirib.

Kanal bildirir ki, bazar ertəsi hökümətin güc və hərbi bloklarının rəhbərliyi ilə videogörüş keçirən Putin gərginliyin yüksəldilməsi ilə bağlı birbaşa əmr verib. Üstəlik, Rusiya prezidenti bəyan edib ki, “əməliyyatlar yalnız Ukrayna ərazisi ilə məhdudlaşır və problem də budur. Orada hər şey durğunlaşıb, iy verir, əhatə dairəsini genişləndirmək lazımdır”.

Daha sonra Putin bütün iclas iştirakçılarını təəccübləndirən bir cümlə səsləndirib: “NATO-nu silkələmək vaxtıdır! NATO-nu silkələmək vaxtıdır!”

Putinin sözlərinə görə, iki həftə əvvəl o, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukova şəxsən göstəriş verib ki, üçüncü ölkələrin ərazisində bir neçə analoji əməliyyat həyata keçirməyə başlanılsın. Putinnin Türkiyə və Macarıstana işarə edərək, “ilk növbədə müttəfiqləri silkələmək və sonra da Polşa və Baltikyanı ölkələrə rəvan hərəkət etmək lazımdır”, dediyi bildirirlir.

Prezident NATO-nun hərbi cavabının olmayacağına əmin olduğunu qeyd edib. Putin bu cür taktikanı ən azı Ukraynaya silah tədarükünü azaltmaq üçün effektiv hesab edib.

Kanalın iddiasına görə Putin toplantını bu sözlərlə yekunlaşdırıb: “Bunları edə bilməsək, biz sağ qala bilmərik. Onlar təslim olana qədər bütün yolu keçməyə hazır olduğumuzu nümayiş etdirməliyik və bunun üçün də gərginliyi ən yükcək həddə qaldırmağımız lazımdır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar