Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyms Braun: Rusiya bununla Yaponiyaya siqnal göndərir...

Rusiya Kuril adalarında kəşfiyyat bazaları şəbəkəsi qurmaqla Yaponiyaya Ukraynaya yardımın nəticələri barədə siqnal göndərir...

Poliqon "South China Morning Post"a nəşrinə istinadən xəbər verir ki, bnunu Templ Universitetinin Tokio şəhərciyinin Beynəlxalq Əlaqələr Departamentinin professoru Ceyms Braun deyib.

"Moskva Yaponiyaya nümayiş etdirmək istəyir ki, Kiyevi dəstəkləmək üçün atılan addımların nəticələri olacaq və bu addımlar Tokionun maraqlarına uyğun deyil", deyə professor bildirib.

Məqalədə həmçinin qeyd olunur ki, bazaların yaradılması Rusiyaya Yaponiyanın və deməli, ABŞ-ın hərəkətlərini daha yaxşı izləməyə imkan verəcək.

Daito Bunka Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin professoru Qarren Malloy isə bildirib ki, bu bazalar Yaponiyanın şimalına yönəldilmiş göz və qulaqlara çevriləcək.

"Bunun sayəsində Rusiya yaponların radar siqnallarını təhlil edərək, onların müttəfiqi ABŞ-ın etdiklərini izləyə biləcək", deyə Malloy əlavə edib.

Bir gün əvvəl Rusiyanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Nozdrev "RİA Novosti" agentliyinə müsahibəsində bildirmişdi ki, Moskva Yaponiyanın fəaliyyətini ABŞ-ın müxtəlif dar bloklu layihələri, o cümlədən AUKUS, QUAD və hər cür "üçbucaqlar" çərçivəsində görür. "Rusiya və Çini tutmaq" zərurəti ilə bağlı qarşıdurma xarakterli rəvayətlərlə müşayiət olunan minitərəfli formatlarda hərbi qarşılıqlı fəaliyyətin konsolidasiyası Asiya-Sakit okean regionunda Vaşinqton üçün əlverişli birtərəfli təhlükəsizlik paradiqmasını tətbiq etməyə yönəlib və suveren gücləri öz öhdəliklərinə tabe olmağa məcbur etmək məqsədi daşıyır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

Ən çox oxunanalar