Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkili: Ermənistan bu addımı atmasa, sülh müqaviləsinin də elə ciddi əhəmiyyəti olmayacaq...

Ermənistan Sünik (Zəngəzur) vilayətində yeni gömrük məntəqəsi inşa edir...

Fazil Mustafa: “Bu məsələdə daha çox ümid yaranır ki, “Zəngəzur dəhlizi” açılacaq. Ermənistanın öz iradəsi ilə məsələnin həlli bizim maraqlarımıza daha çox uyğundur”.

“Hər halda biz bu istiqamətdə fəaliyyətimizi artırmalıyıq və çalışmalıyıq ki, məhz orada Ermənistanın iradəsinə tabe olan ərazilərdə biz artıq dəhliz məsələsini birlikdə çözə bilək”.

Bu sözləri millət vəkili Fazil Mustafa Ermənistan Sünik vilayətindən yeni gömrük məntəqəsi inşa etməsi məsələsini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanın Sünik (Zəngəzur – red.) vilayətindən Rusiya sərhədçilərinin çıxması ilə paralel olaraq İrəvan sözügedən istiqamətdə yeni gömrük məntəqəsi inşa etməsi xəbəri dəhliz məsələsində yeni gəlişmələrin anonsu kimi qəbul edilir.

Yaxın günlərdə Zəngəzur dəhlizi məsələsində hansısa irəliləyişə nail olunacağı gözlənilirmi və Rusiyanın iştirakı olmadan Azərbaycanın şərtləri əsasında “Zəngəzur dəhlizi”nin açılmasını mümkün hesab etmək olar?

Mövzunu Poliqon-un əməkdaşı millət vəkili Fazil Mustafa ilə müzakirə edib.

Fazil Mustafa: “Bütün məsələləri hər iki dövlət üçün əlverişli olan variantda razılaşdırmaq daha asandır”.

Ermənistan bu addımı atmasa, sülh müqaviləsinin də elə ciddi əhəmiyyətinin olmayacağını vurğulayan millət vəkili Poliqon-a açıqlamasında qeyd edib ki, buna görə də bu istiqamətdə İrəvan ciddi düşünməlidir:

“Hazırda gedən proseslər daha çox ümid yaradır ki, “Zəngəzur dəhlizi” açılacaq. Almatı danışıqlarında da Ararat Mirzoyan mu məsələni xüsusi olaraq vurğulayıb. Hesab edirəm ki, İrəvanda da yaxşı başa düşürlər ki, “Zəngəzur dəhlizi” olmadan Azərbaycanla imzalanan sülh sazişinin olnlar üçün heç bir iqtisadi səmərəsi olmayacaq. Ermənistanın öz iradəsi ilə davranması da bu məsələnin həllində bizim maraqlarımıza daha çox uyğundur. Çünki gələcəkdə biz “Zəngəzur dəhlizi” ilə bağlı təmaslarımız Ermənistan dövləti ilə olacaq və bu yol məhz iki dövlətin münasibətləri yurisdiksiyasına girir. Buna görə də bütün məsələləri hər iki dövlət üçün əlverişli olan variantda razılaşdırmaq daha asandır.

Məncə bu məsələdə belə prespektiv bizim üçün daha aydın bir triektoriya təqdim edir. Hər halda biz bu istiqamətdə fəaliyyətimizi artırmalıyıq və çalışmalıyıq ki, Ermənistanın iradəsinə tabe olan ərazilərdə biz artıq Naxçıvanla maneəsiz əlaqə məsələsini birlikdə çözə bilək. Eyni zamanda bu nəqliyyat dəhlizi hər iki dövlətin iqtisadi maraqlarını təmin etməlidir. Bir daha qeyd edirəm ki, Ermənistan bu addımı atmasa, sülh müqaviləsinin də elə ciddi əhəmiyyəti olmayacaq. Buna görə də İrəvan bu istiqamətdə ciddi düşünməlidir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Ən çox oxunanalar