Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq

Bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsində yeni qaydalar tətbiq olunacaq...

Oxu.Az xəbər verir ki, bu barədə UEFA Hakimlər Komissiyasının rəhbəri Roberto Rosetti açıqlama yayıb.

Onun sözlərinə görə, tətbiq olunacaq qaydalara əsasən, matç zamanı yalnız komandanın kapitanı hakimlə ünsiyyət qura bilər. Əks halda hakimə başqa futbolçu yaxınlaşarsa, cəzalandırılacaq.

“Müasir futbolda hakim olmaq çox çətindir. Görüşün baş hakimləri çətin və bəzən mübahisəli situasiyalarda böyük təzyiq altında olurlar və hər matçda 200-dən 250-dək qərar qəbul edirlər. Bu da təxminən hər 22 saniyədə bir qərar vermək deməkdir. Bəzən hakimləri də anlamaq lazımdır. Onların hər biri həm fanatlar, həm də ekspertlər tərəfindən müxtəlif rakurslardan yoxlanılır və yenidən qərarlarına baxılır. Biz güclü şəxsiyyətə malik hakimlərin meydanda qərarlar qəbul etmələrini istəyirik. Lakin eyni zamanda, onların daha açıq olmalarını və müəyyən qərarlara nəyin səbəb olduğunu izah etmələrini istəyirik. Onlar Video Köməkçi Hakimdən (VAR) çoxlu məlumat alırlar və yekunda qərar verməli olurlar. Bu qaydaların tətbiqedilmə səbəbi təhlükəsizlikdir. Hər hansı bir qərarda oyunçuların hakimin üstünə gəlməsi futbolun imicinə zərərlidir. Futbolçuların hakimə hörmət etməsi, məsafə saxlaması kapitanın məsuliyyəti olacaq. Kapitanın roluna məhəl qoymayan, hakimə hörmətsizlik və ya fikir ayrılığı əlaməti göstərən hər bir oyunçuya xəbərdarlıq ediləcək. Əgər kapitan qapıçıdırsa, meydançanın əks tərəfində insident baş verərsə, bu rolu yerinə yetirə biləcək kənar oyunçu təyin etmək lazım gələcək. Hakimlər bütün tərəflər arasında sağlam atmosfer yaratmaq üçün kapitanlarla müzakirələrdə açıq olmağa təşviq ediləcəklər. Bu, onlara oyunçularda inam yaratmağa və müasir hakimlərdən tələb olunan liderlik tipini nümayiş etdirməyə imkan verəcək. UEFA-nın hakim-mütəxəssislər komandası və mümkün olduqda oyunun hakimi 24 komandanın hər biri ilə görüşərək, bunu daha ətraflı müzakirə edəcək və bu məlumatı oyunçularla bölüşəcək. Hakimlərlə komanda kapitanları arasında konstruktiv dialoqa şərait yarada bilsək, hamı bundan faydalanacaq”, - deyə o bildirib.

Poliqon.info


Etiket: UEFA futbol Qayda


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar