Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp prezident seçilərsə, “kollektiv Qərb” sistemini dağıdacağı ilə bağlı iddialar nə qədər realdır?

Hesab edilir ki, Tramp bir daha Ağ Evdə oturarsa,  “kollektiv Qərb” sisteminin dağıtmaq üçün hər şeyi edəcək...

Siyasi-şərhçi: “Əmin deyiləm ki , Donald Tramp ikinci dəfə prezident seçiləcək”.

“Tramp ABŞ-ın, Kollektiv Qərbin maraqlarına çox ciddi zərbə vura bilər və hər kəs də bunu artıq görüb”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Trampın prezident seçilmək şansını Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ-da Donald Trampın ikinci dəfə prezident seçilməsi ehtimalı artmaqdadır. Bu fonda bir çox Avropa liderləri öz narahatlıqlarını ifadə etməkdədirlər. Hesab edilir ki, Tramp bir daha Ağ Evdə oturarsa, “kollektiv Qərb” sisteminin dağıtmaq üçün hər şeyi edəcək. Bura NATO-dan və Ukraynadan imtina da daxildir.

Bəs, Tramp ikinci dönəm prezident olarsa, “kollektiv Qərb” sistemini dağıdacağı ilə bağlı iddialar nə qədər real ola bilər və ümumiyyətlə, Trampın ikinci prezidentliyi birincidən nəylə fərqlənə bilər?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Tramp hakimiyyətə gəlsə belə, amerika dövləti bunu həmin o istiqamətdə, yəni kollektiv Qərbi dağıtmaq NATO-nu zəiflətmək, onun Ukrayna siyasətinə xələl gətirmək üçün bütün səylərinin qarşısını alacaq”.

Trampın ABŞ-ın, Kollektiv Qərbin maraqlarına çox ciddi zərbə vura biləcəyini vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, hər kəs də bunu artıq görüb:

“Əvvəlla mən əmin deyiləm ki , Donald Tramp ikinci dəfə prezident seçiləcək. Şansları heç deyildiyi qədər yüksək deyil və ümumiyyətlə Amerika dövləti Trampın hakimiyyətə gəlməsində maraqlı deyil.

Tramp ABŞ-ın, Kollektiv Qərbin maraqlarına çox ciddi zərbə vura bilər və hər kəs də bunu artıq görüb. Birinci dəfə o zərbə mümkün qədər zərərsizləşdirildi. Amma bu indiki kritik dönəmdə, geosiyasi proseslərin qaynar dönəmində Tramp həqiqətən çox ciddi ziyan vura bilər. Bu səbəbdən də mən düşünürəm ki, Trampı bütün mümkün olan və mümkün olmayan vasitələrlə hakimiyyətə buraxmayacaqlar.

Hətta bu baş verərsə belə, Amerika dövləti bunu həmin o istiqamətdə, yəni kollektiv Qərbi dağıtmaq NATO-nu zəiflətmək, onun Ukrayna siyasətinə xələl gətirmək üçün bütün səylərinin qarşısını alacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib    

AVRO-2024: Qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq

Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb

Ən çox oxunanalar