Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabunçuda narkoplantasiya aşkarlanıb - Video, Foto

Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb...

Poliqon DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 1976-cı il təvəllüdlü paytaxt sakini Vahab Manafov saxlanılıb. Ondan 2 kiloqram narkotik vasitə marixuana aşkar olunub. Əməliyyat tədbilərinin davamı olaraq həmin şəxsin narkotikləri əldə etdiyi Maştağa qəsəbəsi sakini Kamal Rəhmanov da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən isə 1 kiloqram marixuana aşkarlanıb. K.Rəhmanovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində keçirilən tədbirlərlə onun marixuananı əldə etdiyi şəxslər paytaxt sakinləri Hüseynağa Məlikov və Ceyhun Bədəlovun da saxlanıması təmin edilib. Onların Sabunçu rayonunda yerləşən bağ sahələrinə baxış zamanı kultivasiya yolu ilə xüsusi qulluq edərək yetişdirdikləri narkotik tərkibli 1500 ədəd çətənə kolu aşkarlanıb. Araşdırma zamanı dəstə üzvlərinin çətənə kollarını yetişdirdikdən sonra paytaxt ərazisində satışı ilə məşğul olduqları müəyyən edilib. Aşkarlanan faktlarla bağlı Sabunçu RPİ-ə araşdırmalar davam etdirilir.

Fotolar

Poliqon.info


Etiket: DİN narkotik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

Azərbaycan gimnastları Monteneqroda yeddi qızıl medal qazanıblar - Fotolar

Ən çox oxunanalar