Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Borrel: Aİ ABŞ-Çin mübarizənin qurbanı ola bilər...

Avropa İttifaqı Çin və ABŞ arasındakı mübarizənin tərəfi deyil, amma bu rəqabətin mülki qurbanı ola bilər...

Poliqon xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel ABŞ-dakı Huver İnstitutunda çıxışı zamanı deyib.

"Avropa İttifaqının dünyada rolu getdikcə azalır. Qlobal iqtisadiyyatdakı payımız aşağı düşüb və biz yaxın onillikdə dünyanın istiqamətini müəyyən edəcək Çin və ABŞ arasında strateji rəqabətin mülki qurbanına çevrilmək riskimiz var", deyə Avropa diplomatiyasının rəhbəri bildirib.

Borrelin fikrincə, burda söhbət təkcə Çindən getmir.

"Biz ABŞ-la müqayisədə rəqabət qabiliyyətimizi itiririk. Belə davam edərsə, Aİ kapitalı daha dərin, daha sabit və əhəmiyyətli dərəcədə aşağı enerji qiymətlərini dəstəkləyən ABŞ maliyyə bazarına axışacaq. ABŞ-ın Çinlə mübarizə aparmaq üçün öz iqtisadiyyatını subsidiyalaşdırmaqla bağlı fərdi qərarları, məsələn, antiinflyasiya qanunvericiliyi Avropa şirkətləri üçün problemlər yarada bilər. ABŞ-da böyük subsidiyalar olacaq. Biz ABŞ ilə iqtisadi subsidiya müharibəsinə başlamamalıyıq, buna görə Çini günahlandırırıq", deyə Borrell qeyd edib.

Borrel Brüsselin bunu edə bilməməsindən təəssüfləndiyini bildirib. "Avropa İttifaqı dövlət olmadığı üçün bizim ABŞ kimi Pentaqon və Xəzinədarlığımız yoxdur", deyən Borrell bu vəziyyətdə Aİ-nin Vaşinqtondan hansı hərəkətləri gözlədiyini dəqiq izah edə bilməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Çin ABŞ-ni Ukraynada sülhə nail olmağa çağırıb

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

“Əcəmi”də "səs-küy" salan obyektlərlə bağlı tədbir görüldü - Video

Ən çox oxunanalar