Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Departamenti: Gürcüstan hökumətinin hərəkətləri onun xalqının istəklərinə uyğun gəlmir

Bazar ertəsi brifinqdə jurnalistlərin suallarını cavablandıran ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Gürcüstanın hakim partiyası və onun rəhbərliyinin ölkə vətəndaşlarının hüquqlarını və demokratik azadlıqlarını məhdudlaşdıran “xarici təsir qanunu” qəbul etmək istəklərini pisləyib...

Poliqon xəbər verir ki, bu barədə “Amerikanın səsi” radiostansoyası məlumat yayıb.

“Gördüyümüz hərəkətlər gürcü xalqının özünüifadəsi və istəkləri ilə bir araya sığmır”, deyə Patel açıqlanmasında vurğulayıb.

Dövlət Departamentinin sözçüsü qeyd edib ki, Gürcüstan əhalisinin 80 faizindən çoxu Aİ-yə üzv olmaq istəyir.

“Biz bu istəyi dəstəkləyirik və Gürcüstan hökumətini Avropa İttifaqı ilə inteqrasiya yolunda davam etməyə təşviq edirik. Gürcüstan hökuməti Aİ-yə daxil olmaq və NATO kimi transatlantik alyanslarla əlaqələr qurmaq istədiyini bəyan etmiş, lakin elə qanunvericilik fəaliyyətləri bu hökumətin həyata keçirdiyi hədəflərə uyğun gəlmir”, deyə Patel brinfiqdə bildirib.

Patel həmçinin ABŞ administrasiyasının atacağı addımları açıqlamaqdan imtina edərək, “bu hərəkətlərin nəticələrinin olacağını”, əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Ceyk Sallivan: İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq

İsrail Ordusu: İran tərəfdən artıq təhlükə yoxdur

Tramp: İranın İsrailə raket hücumunun qarşısı alına bilərdi

Beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş üçün müraciət edib

Şirvanda qəza nəticəsində ölən piyadanın kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar